Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Samsung” korporasiyası dünyada ilk dəfə olarsaq dartılan displey hazırlayıb. Cənubi Koreya şirkəti dartılan OLED-displeyi nümayiş etdirib. İstehsalçı bu yeniliyin analoqu olmadığını bildirib. Yeni məhsul bu gün Los-Ancelesdə başlayacaq “SİD 2017” (Society for Information Display) sərgisində rəsmən təqdim olunacaq. Displeyin 9,1 ölçülü versiyasının təqdimatı gözlənilir. Onu üzərinə basmaqla 12 mm-ə qədər uzatmaq mümkündür. Sonra cihaz hər hansı zədəyə məruz qalmadan bərpa olunur. Şirkət qeyd edib ki, əyri displeydən fərqli olaraq yeni displeyi bir neçə istiqamətdə deformasiya etmək mümkündür.

1

UBS analitikləri payızda təqdimatı keçiriləcək “iPhone” smartfonunun mümkün qiymətini açıqlayıblar. Ekspertlər start qiymətinin 870 dollar olacağını proqnozlaşdırır. Daha əvvəl analitik Stiven Milunoviç “iPhone 8”in baza versiyasının 850 dollar, top versiyasının isə 1000 dollar olacağını bildirmişdi. UBS-in dəyərləndirməsi qiymətlərin bundan baha olacağını ehtimal etməyə əsas verir. Yeni cihazın baza versiyası 870 dollar olarsa, top versiyasının 1070 dollardan satışa çıxarılacağı gözlənilir.

2

“Vertu” şirkəti “Vertu Signature Cobra Limited Edition” mobil telefonunu təqdim edib. Bu smartfon olduqca məhdud sayda – cəmi 8 ədəd buraxılacaq. Smartfonun qiyməti 360 min dollar təşkil edəcək. Cihazlar Fransanın tanınmış “Boucheron” brendinin mütəxəssislərinin iştirakı ilə əl əməyi nəticəsində yığılır. Hər bir cihaz 439 ədəd yaqutla örtülüb, onlar kobranın bədənini bəzəyir. İlanın gözləri isə iki zümrüd daşıdır. Bu cür bahalı məhsul təbii ki, adi kuryer xidməti ilə çatdırıla bilməz. Alıcılara smartfonlar helikopterlə göndəriləcək. “Vertu Signature Cobra Limited Edition”un texniki xüsusiyyətlərinə gəldikdə isə, bu, gizli saxlanılır. Lakin bu tip cihazların alıcılarını korpusun içində nə olduğu çox nadir hallarda düşündürür.

3

Yaponiya alimləri kosmosda insanların təbii çoxalmasının mümkün olduğunu sübut ediblər. 12 ay müddətində Beynəlxalq Kosmik Stansiyada dondurulmuş halda saxlanılan sperma vasitəsilə siçanların doğulmasından sonra alimlər bu nəticəyə gəliblər. Tədqiqatçılar bildirir ki, əgər bəşəriyyət kosmosda yaşayacaqsa, o zaman dondurulmuş spermanı kifayət qədər uzun müddət saxlamağa imkan verən yeni texnologiyalar tələb olunacaq. Alimlər xatırladıblar ki, Beynəlxalq Kosmik Stansiyada radiasiyanın səviyyəsi yerdəkini 100 dəfə üstələyir. Ancaq bu radiasiya toxumun həyat qabiliyyətinə təsir etməyəcək.

4

“İnstaqram” sosial şəbəkəsi “Arxiv” adlı yeni funksiyasını istifadəyə verəcək. Bu funksiya istifadəçilərə mövcud postları silmədən digərlər istifadəçilərdən gizlətməyə imkan verəcək. Bu yolla istifadəçilər əvvəllər az “Like”yığdıqlarına görə ləğv etdikləri fotoları gizlətməklə, qoruya biləcək. “Arxiv” funksiyası ilə foto silinmədən istənilən müddətə profildə gizli şəkildə saxlanılacaq. Arxivdəki fotonu yenidən aktiv etmək istədikdə isə, “Arxiv” bölümündən “Profildə göstər-i seçməlisiniz.

5

“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək “SID” (“Society for Information Display”) konfransında nümayiş etdiriləcək. Indi “Samsung” şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər. Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.

6

Çində üçölçülü təsviri (3D) xüsusi eynəkdən istifadə etmədən görməyə imkan verən unikal smartfon təqdim olunub. Bu barədə “Xinhua” informasiya agentliyi məlumat verib. Innovativ qurğunun istehsalı ilə məşğul olacaq şirkət nümayəndələrinin sözlərinə görə, smartfon istifadəçilərə analoqu olmayan təcrübə təqdim etməklə ekranda “3D” təsviri əlavə qurğudan (məsələn, eynək) istifadə etmədən görməyə şərait yaradacaq. İstehsalçı şirkətin vitse-prezidenti Qao Tunlyan bildirib ki, smartfonda təsviri dəqiq və rəngarəng edən xüsusi virtual reallıq çipi quraşdırılıb. “Bu, sabahın texnologiyasıdır”, – o vurğulayıb. İstehsalçı şirkətin adı və qeyd olunan qurğunun işləməsi barədə “Xinhua” məlumat vermir. Smartfonun qiyməti 2-3 min yuan (290-435 dollar) təşkil edir.

7

Ağıllı telefonların sayı hər keçən gün artıqca, onlar üçün hazırlanan telefon örtükləridə ağıllı hala gətirilməyə başlanılır. Bu günə qədər telefon örtüklərindən gözlədiyiniz yalnız telefonunuzun rənginə uyğun olmağı idi, indi isə təqdim olunan cihaz sizin üçün qəhvə hazırlayacaq. Qəhvə sevərlər üçün rahat bir aksessuar vəzifəsini yerinə yetirməyi hədəfləyən Mokase qəhvə hazırlayan ilk telefon örtüyüdür. Miniatür bir espresso maşını olaraq çalışan bu yaradıcı telefon qabı öz içərisində bir batareyaya və xüsusi kapsula sahibdir. Bu kapsulu su mənbəyi olaraq istifadə edən və özünə xüsusi bir tətbiqdən tək bir toxunuşla, nəzarət edilərək saniyələr ərzində 25 ml.-lik bir espresso hazırlaya bilir. Hər kəsin marağına səbəb olan Mokase hal hazırda Kickstarter platforması üzərindən vəsait toplama mərhələsindədir. Əgər Mokase lazımi məbləği toplaya bilsə, gələcəkdə startapçılar “Mocca” adı veriləcək bir telefon örtüyü də istehsal edəcəklər.

8

Ağıllı telefonların yavaş işləməsinin və bəzən donmasının ən əsas səbəbi RAM-ın təmizlənməməsidir. Bəs İOS cihazlarında RAM necə təmizlənir? 1. İOS cihazınızın (iPhone yaxud iPad) güc düyməsini (power) basılı saxlayın. 2. Bu əməliyyatı həyata keçirəndə telefonun “keçirmə ekranı ” ilə qarşılaşacaqsınız. 3. Qarşınıza çıxan “söndür ” yaxud “imtina et ” seçimlərinin heç birinə daxil olmayın. 4. Ana menyu düyməsini (home button) 5 saniyə basılı saxlayın. 5. Bu prosesdən sonra ana ekran açlacaq və RAM təmizlənmiş olacaq.

9

“Nokia” şirkətinin yeni flaqman smartfonu olacaq Nokia 9-un fotoları sızdırılıb. Bu ilin Fevral ayında Barselonada keçirilmiş Mobile World Congress-də 3 Nokia modeli təqdim olunmuşdu. Görünür istehsalçı bu ilki smartfonların sayını artırmaq da qəti qərarlıdır. Sızıdırılmış fotolar mobil bazarına yenidən geri dönüş etmiş Nokia brendinin yeni mükəmməl smartfonunu bizlərə təqdim edir. Nokia 9-un əsas özəlliyi lazer avtofokuslu və ikili diod işıqlandırma sisteminə sahib 13 MP-lik arxa kamerası olacaq. Nokia 9-u test etmiş insanlar onun kamerası ilə bəzi fotolar çəkəndən sonra belə qənaətə gəliblər ki, Nokia 9, kamera baxımından bazarda olan digər rəqiblərindən heçnə ilə fərqlənmir. Məlumata əsasən Nokia 9, 2560×1440 piksel keyfiyyətli 5.3 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Onun batareyasının həcmi hələki bilinməsə də, QuickCharge 3.0 sürətli enerji yığma funksiyasına sahib olacağı dəqiqdir. Yeni smartfon, Android 7.1.1 Nougat əməliyyat sistemi ilə təchiz ediləcək. Bundan əlavə olaraq Nokia 9, USB Type-C girişinə sahib olacaq, lakin iPhone 7 və bu il çıxmış digər smartfonlardan fərqli olaraq standart 3.5 mm-lik audiogirişi özündə qoruyacaq. Nokia 9-un təqdimatının bu ilin İyul ayında baş tutacağı gözlənilir. Onun qiyməti isə 700$ civarında olacağı güman edilir.

10

“Gartner” analitik şirkətinin mütəxəssisləri 2017-ci ilin birinci rübündə smartfon bazarına aid statistik məlumatların təhlilini aparıb. Smartfon bazarı 9 faiz artıb. Əgər ötən ilin birinci rübündə 348,2 milyon ədəd smartfon tədarük edilibsə, bu il bu rəqəm 3709 milyon ədəd olub. Bazarın lideri “Samsung” olaraq qalır. Baxmayaraq ki, şirkətin satışları 81,19 milyondan 78,67 milyon ədədə qədər azalıb. Nəticədə “Samsung”un payı 23,3 faizdən 20,7 faizə düşüb. İkinci yerdə bir il ərzində tədarükünü artıran “Apple” şirkəti qərarlaşıb. Lakin artım çox kiçik olub və 51,63 milyondan 51,99 milyon ədədə yüksəlib. “Apple”ın payı 14,8 faizdən 13,7 faizə qədər azalıb. İlk beşliyə “Huawei”, “Oppo” və “Vivo” kimi şirkətlər də daxil olub. Onların bazar payı müvafiq olaraq 5%, 8,1% və 6,8% təşkil edib.

11

“Google” şirkəti ilk dəfə olaraq bir neçə ildir sınaqları keçirilən “Loon” hava şarlarından Peruda fəlakət zonasının internetlə təmini üçün istifadə edib. Bu barədə “Project Loon” layihəsinin rəhbəri Alaster Vestqartın bloqunda deyilir. Uzun müddət stratosferdə qalaraq çoxlu əraziləri internetlə təmin edə bilən “Project Loon” hava şarları məhz belə hadisələr üçün yaradılıb və Cənubi Amerikada “Telefonica” rabitə operatoru ilə əməkdaşlıqda onların sınaqlarını keçirən “Google” Peru hökumətinə öz xidmətlərini təklif edib. Məlumata görə, təklif qəbul edilib və son yeddi həftə ərzində “Google” və “Telefonica” Lima, Pyura və Çimbota şəhərləri yaxınlığında su altında qalmış ərazilərdə on minlərlə insanın internetə çıxışını təmin edib. İnternetin ümumi əhatə dairəsi 40 min kvadrat km. təşkil edib ki, bu da İsveçrə ərazisinə bərabərdir, şarlar vasitəsilə ötürülən trafikin tutumu isə 160 qiqabayt təşkil edib. A.Vestqart “Google”un Peru sakinlərini internetlə lazım olan qədər təmin edəcəyini qeyd edərək  layihənin həyata keçirilməsində əməyi olan və kömək edən hər kəsə minnətdarlığını bildirib. Qeyd edək ki, “Project Loon” proqramı çərçivəsində “Google” günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrindəki kimi eyni olacaq. “Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb. Bu ilin fevralında “Project Loon” mütəxəssisləri dünyada “Loon” hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə “Loon” hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.

12

Məlumdur ki, Wi-Fi siqnalı istənilən (demək olar ki, istənilən) maneədən keçə bilər. Alman alimləri siqnalın bu özəlliyindən istifadə edərək divarların arasından görməyi öyrəniblər. Bu ideyanın əsasında elektromaqnit dalğaların müəyyən obyektlərin ətrafında hərəkəti zamanı həmin obyektlərdən əks olunduqda yaratdıqları formaların analiz və qeydiyyatı dayanır. Sadə sözlə desək alimlər divarın əks tərəfində də Wi-Fi dalğalarının yayıldığı obyektləri müəyyən etməyi bacarıblar. 3D vizualizasiya üsulu ilə əlaqəli bu araşdırma ilk öncə adi tələbə diplomu layihəsi kimi başladı. Daha sonradan layihə, böyük tədqiqata çevrildi. Tədqiqatda sözükeçən üsul, saniyədə 10 dəfə vizualizasiya təmin etməyi və irimiqyaslı modelləşdirmə üzrə bütöv bir binanın daxili strukturunu yarada bilir. Wi-Fi siqnalından vizualizasiya üçün istifadə etmək yeni bir ideya deyil. Lakin sözügedən tədqiqatın müəllifləri qeyd ediblər ki, böyük məkanların 3D modelini yaratmaq üçün bu siqnaldan istifadə etmək birinci təcrübədir. Bir çox detalları əks etdirmək üçün sistem hələki lazımi dəqiqliyə sahib deyil. Buna baxmayaraq onun vasitəsilə məkanda olan əsas obyektləri müəyyən etmək olar. “Əgər stolun üstündə stəkan varsa, onda siz stolun üzərində kiçik obyektin olduğunu görəcəksiniz. Lakin onun dəqiq formasını müəyyən edə bilməyəcəksiniz. Buna baxmayaraq siz insanı, iti və ümumiyyətlə ölçüsü 4 santimetrdən böyük olan istənilən obyekti müəyyən edə biləcəksiniz” – deyə tədqiqatın müəllifi qeyd edib. Sözügedən üsul, Wi-Fi ötürücüsünü, 2 antenə sahib zəif radiolokasiya cihazı kimi istifadə edir. Antenlərdən biri 2D müstəvisini yaradır, digəri isə birinci anten məlumatlarının nisbətində siqnalı müəyyən edir. Antenlər, təsviri yaratmaq üçün lazımi məlumatları əldə edəndən sonra obyektlərin 3D təsviri, rəqəmsal yenidənqurma alqoritminə ötürülür. O isə öz növbəsində məkanda olan obyektlərin holoqrafik xəritəsini hazırlayır.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register