Sağlamlıq üçün zərərli olan məhsullar satılmayacaq

mekteb yemekxana

   Məktəb yeməkxanalarında uşaqların sağlamlığı üçün zərərli olan məhsullar satılmayacaq.

Bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat verib. Nazirlikdən o da bildirilib ki, zərərli qidalara çipslər, qurudulmuş çörək, jelatinlər, konfetlər, şokaladlar və qazlı içkilər də aid edilir.

“Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəb yeməkxanalarındaki vəziyyəti düzəltməyə çalışır. Çünki illər ərzində bu problemə lazımi diqqət yetirilməmişdi. Lakin bundan sonra məktəb yeməkxanalarında qida çeşidlərinə nəzarət ediləcək və məktəblərdə uşaqların sağlamlığına zərər verəcək qidalar satılmayacaq” –  bu haqda Təhsil və Elm Nazirliyinin bəyanatında bildirlir.

Biz bu haqda Marneuli təhsil resurs mərkəzinin məlumatının olub-olmaması ilə maraqlandıq.  Biz Marneuli təhsil resurs mərkəzinin rəhbəri Kənan Ömarova müraciət etdik. O, bildirdi ki, Marneulidə fəaliyyət göstərən məktəblərin bu haqda hər birinin xəbəri var.

Əgər məktəblər bir növbəli xidmət göstərirsə, o zaman məktəblərdə yeməkxanaların olması vacib  deyil. Bu sözləri terapevt-həkim Süleyman Qurbanov dedi.

Məktəblərdə yeməkxanaların olması çox vacibdir. Amma buna bəzi məktəblərin infrastrukturu imkan vermir.

Biz Marneuli ərazisində fəaliyyət göstərən Böyük Muğanlı ictimai məktəbin direktoru Musa Yusifov ilə əlaqə saxladıq. O, bildirdi ki, nazirliyin yeni qərarı haqqında məlumatları var.

Qeyd edək ki, nazirlik tərəfindən yeməkxanaların fəaliyyət göstərdiyi məktəblərdə yoxlama aparılacaq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register