“Başqa Gürcüstan harda var” adlı Gürcü mahnıları müsabiqə/festivalı başladı

rr[1]

   Festival iki ildir ki, Kvemo Kartli miqyasında keçirilir və festivala Marneuli ev sahibliyi edir. “Başqa Gürcüstanı harada var” festivalının direktoru Maya Camalaşvili bu müsabiqənin məqsədləri haqqında məlumat verdi.

   “Festivalın keçirilməsi üçün Kvemo Kartli bölgəsi təsadüfən seçilməyib. Çünki bu bölgə etnik cəhətdən müxtəlif sakinlərlə məskunlaşıb və qeyri-gürcü uşaqların çox böyük həvəslə gürcü mahnılarını öyrənib oxunması çox sevindiricidir. Bizim məqsədimiz gürcü mahnılarını maksimum şəkildə tanıtmaq, öz bacarıqlarını geniş auditoriya kütləsinə çatdırmaq üçün gürcü mahnılarını həvəslə oxuyan bu uşaqlara dəstək olmaqdır”.

  Festivalın direktorunun dediyinə görə, jüri üzvləri, həmçinin müsabiqə iştirakçılarının öz imkanlarını daha yaxşı aşkara çıxarmaq üçün müxtəlif rayonlarda master-klaslar da keçir. Sabirkənd kənd İctimai məktəbinin gürcü dili müəllimi Salome Kirianın dediyinə görə, belə tədbirlərin keçirilməsi, Marneuli gənclərinin inteqrasiyası üçün əhəmiyyətlidir.

   “Fikrimcə belə layihələrdə iştirak etmək çox mühümdür. Çünki bu ilk növbədə Gürcüstan haqqında, vətənpərvər mövzuda gürcü mahnıları təqdim edən gürcü və azərbaycanlı şagirdlərin inteqrasiyasına kömək edər, eyni zamanda fəal vətəndaşların formalaşmasına da kömək edər”.

   “Başqa Gürcüstan harada var” festivalının 2016-cı ildəki qalibi Ana Nozadze nə üçün bu müsabiqədə iştirak etməyə qərar verdiyi və belə müsabiqələrin gənc musiqiçilər üçün əhəmiyyəti barədə bizə danışdı.

   “Mənim fikrimcə çox yaxşıdır. Çünki, öz istedadını genişləndirməyə yardım edir. Demək olar ki, artıq gürcü mahnılarına o qədər də qulaq asılmır, xarici mahnılar, belə deyək, birinci yerdədir və ona görə yaxşıdır ki, gürcü mahnıları öz layiqli yerini alacaq”.

   “Başqa Gürcüstan harada var” festivalı “Demos” qeyri hökumət təşkilatı tərəfindən Şota Rustaveli Teatr və Kino Dövlət Universitetinin tədris mərkəzinin və Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register