Marneuli Reqbi Festivalını Qəbul Edir

armazi

2017 ci il mayın 25 də saat  16:00 da, Marneuli şəhərinin mərkəzi stadionunda  “Reqbi üzrə Gürcüstanın birliyi üçün həlak olmuş qəhrəmanlar adına həsr olunmuş festival” keçiriləcək.

Festivalda Tbilisidən, Telavidən, Rustavidən və Marneulidən 8 komanda iştirak edəcək.

Festivalda Yerli Hakimiyyət nümayəndələri, Marneulinin majoritar deputatları, Gürcüstan Reqbi üzrə Milli Federasiyasının nümayəndələri, Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların ailə üzvləri və digər maraqlı şəxslərdə iştirak edəcəklər
Festivala qatılan hər bir komanda kubok və medal ilə təltif ediləcək.

Festivalın məqsədi gənclər arasında reqbi idman növünü məşhurlaşdırmaq, dəbə çevirmək və Gürcüstanın bütövlüyü uğrunda həlak olan qəhrəmanları yad edərək ölümsüzləşdirməkdir

Qeyd etmək lazımdır ki, “Marneuli Armazisi” reqbi klubu, 2016 cı ilin sentyabrından Marneulinin dörd kəndində Qızılhacılı, Sereteli, Tamaris və Saimerloda yeni reqbi qrupları yaratdı.

Yüzədək uşaq məşqlərdə  iştirak edir. Buda gənclər arasında sağlam həyat tərzini tətbiq etmək və perspektivli reqbiçilərin aşkarlanmasına yardımçı olur.

Hazirda Festivalın təşkilatçısı Marneuli Bələdiyyəsinin idman məktəbinin “Marneuli Armazisi” reqbi klubudur.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register