“Tarixdə İlk Dəfə” rublikası – “TELEVİZOR” haqqında

tarixde ilk defe

  “Tarixdə İlk Dəfə” rublikası. Rublikanın bu həftə ki, mövzusu kütləvi informasiya vasitələrindən biri olan “TELEVİZOR” haqqındadır.

Televizor – televiziya siqnallarını qəbul və vizual təsvir etmək üçün istifadə olunan qurğudur. İlk televiziya ideyası alman mühəndisi Paul Nipkova məxsusdur. O, 1866-cı ildə mexaniki televizor üçün patent almışdır.

Televizorda şəkillərin verilməsi monitorda baş verir. TV kartı ilə təchiz olunmuş kompyuter də televizor kimi istifadə edilə bilər. Bundan əlavə, kabellə alınmış yüksək tezlikli siqnalları video siqnallara çevirən qurğu televizorun əsas hissəsini təşkil edir. Başqa videosistemlərin qoşulması üçün televizorlarda SCART sistemlərindən, səslərin verilməsi üçün isə dinamiklərdən istifadə olunur.

Şəkillərin rənginə görə qara və rəngli televizorlar olur. Hazırda bütün dünyada demək olar ki, yalnız rəngli televizorlardan istifadə edilir.

Televizorlarda sətirlərin sayına, rənginə, şəkil və səs arasındakı məsafəyə görə fərqlənən müxtəlif şəkil ötürmələrindən istifadə edilir. Rəngli televizorlarda istifadə olunan ötürmələr SECAM, PAL, NTSC-dir. SECAM sistemi keçmiş SSRİ-də və Fransada yaradılmış və tətbiq olunmuşdur. PAL sisitemi qərbi Avropada istifadə edilir. NTSC sistemi Amerika və Yaponiya üçün işlənmişdir. Bu hər üç standart ağ-qara televizorlarda rəngli siqnalların qəbulu üçün nəzərədə tutulmuşdur. İndi bir çox ölkələrdə televiziya ötürmələri üçün rəqəmli sistemlərin tətbiqi həyata keçirilir. Bu yeni sistem şəklin və səs qəbulunun keyfiyyətini artırmağa imkan verir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register