Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 25.5.2017-cı il.

946-cı ilin 26 mayında Edred İngiltərənin şahı elan olundu.

26 may 1799-cu ildə Rus şair Aleksandr Puşkin anadan olub. 20-ci əsrdə şairin bir çox əsəri Azərbaycan dilinə tərcümə edilib.

1918-ci ilin bu günü Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul etdi və Zaqafqaziyada 3 dövlət əsası qoyuldu. Bunlar Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarıdır.

Gürcüstan Demokratik Respublikası əsası 1918-ci ilin 26 mayında qoyulmuşdur. 1918 – 1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti olmuşdur. Rusiya İmperiyasının 1917-1918 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Federasiyasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi – 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Respublikası və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Demokratik Respublikası ilə, cənub-şərqdə isə Azərbaycan Demokratik Respublikası ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, höküməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəyifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.

26 may 1922-ci ildə Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.

Nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi , Azərbaycan SSR dövlət mükafatı laureatı , Azərbaycan SSR xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur.

Diktor, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani 26 may 1941-ci ildə anadan olub.

1991-ci ilin bu günü Zviad Qamsaxurdiya Gürcüstanda prezident seçkilərində qalib gəlmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register