Deputatın vəzifəsi və ya yerinə yetirilməmiş vədlər – suvarma suyu problemi

ნავერიანიი

   “Burada bir balaca suvarma suyu ilə bağlı problemlər var. Ancaq asan bir şəkildə öytəsindən gəlib bu problemi həll edə bilərik”-deputat Tamaz Naveriani dedi.

“Gürcü Arzusu”nun majoritar deputatı Tamaz Naveriani qanunverici orqanda vəzifə tutmağa hazırlaşan zaman əhaliyə bu problemlərin həllini vəd edirdi. Halbuki yerli səviyyədə problemlərin həlli onun səlahiyyətlərinə aid deyildi. Buna baxmayaraq Naveriani bu gün də bu məsələlər üzərində işlədiyini bildirir.

   “Mərhələli şəkildə onlar çalışırlar. Ancaq bizdə bu problemlə bağlı biraz da  munisipalitet rəhbərliyini narahat edəcəyik. Hal-hazırda isə  bununla bağlı müzakirələr və çalışmalar aparılır. Sizdə buyurun bizim büroya gəlin. Büroda bizim gün planımız var və əhali ilə görüşlərimiz baş tutur. Oraya gəlin və orada məsələni aydınlaşdırın. Eləcədə qeyd edim ki, bu sahədə işləyirdik və çalışmalarımız indidə davam etməməkdir”-deputat Tamaz Naveriani dedi.

Biz Uiaraqo və Axundov küçələrində suvarma suyu probleminin həllinin kimin səlahiyyətlərinə daxil olduğunu öyrənmək üçün Marneuli bələdiyyəsinə rəsmi müraciət ünvanladıq, lakin oradan bizi Marneuli Meliorasiya Xidmətinə yönləndirdilər.

   “Rəsmi olaraq bizə heçkim bu məsələ ilə bağlı müraciyyət etməyib. Daxili şəbəkələri biz öz təşəbbüsümüzlə təmizləyə bilmirik çün ki, daxili şəəbəkələrin təmizlənməsi Qamgeobanın kompetensiyasına daxildi. Mənə rəsmi məktubla heçkim müraciət etməyib. Edən olsaydı biz onları diqqətsiz qoymazdıq”-Baço Tsxelaşvili dedi.

Baço Tsxelaşvilinin dediyinə görə, Uiaraqo və Axundov küçələrində suvarma suyu probleminin həlli Marneuli Meliorasiya Xidmətinin vəzifəsi deyil və bu problemin həlli məqsədilə onlara heç müraciət edən də olmayıb. Digər tərəfdən Marneuli bələdiyyəsi bizi Meliorasiya Xidmətinə yönləndirdi, lakin qanunverici orqanın 9-cu çağırış parlament deputatı Tamaz Naveriani öz səlahiyyətlərinə aid olmayan məsələlər barəsində də narahat olur.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register