Mayın 27 də Gecə Muzeyə Gəl

Gürcüstan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə, mayın 27 də “Gecə Muzeydə” aksiyasına start verilir. Aksiyaya Marneuli də qatılır. Maraqlanan hər kəs tanınmış yazıçı Mixeil Cavaxişvilinin Tserakvi kəndində yerləşən ev-muzeyinə baş çəkərək bu aksiyaya qatıla bilər.

muzeye gel

Tədbir çərçivəsində Mixeil Cavaxişvilinin ədəbiyyat gecəsi baş tutacaq, Tserakvi kənd məktəbliləri tərəfindən yazıçının həyatından vacib epizodlar canlandırılacaq. Muzeyin direktoru oraya gələn qonaqlara, yazıçının  muzeydə yerləşən əşyalarını nümayiş etdirərək onların tarixindən bəhs edəcək. Ədəbiyyat gecəsində qonaqlar şeir deyəcəklər/oxuyacaqlar. Gecəyə yerli yaradıcı qrupları öz ifaları ilə rəngarənglik qatacaqlar.

Aksiya çərçivəsində təşkil olunan tədbirlərdə qonaqlar da istəsələr birbaşa yer ala biləcəklər.

Tədbir saat 20:00 da başlayacaq, Qonaqların Tserakvi kəndinə gəlməsi (nəqliyyat) və qidalanmasını Marneuli İcra Hakimiyyəti təmin edəcək.

Avtobuslar Marneulidən Tserakvi kəndi istiqamətinə saat 18:00 da yola düşəcək.

Sözü gedən aksiya çərçivəsində Gürcüstanın hər bir muzeyinə giriş pulsuzdur.

Qonaqlar üçün hər bir muzey gecə saat 1-dək açıq olacaq.

Tbilisidə isə Rəssamlıq Akademiyasının tələbələri şəhərin müxtəlif məhəllələrində “Gecə Muzeyə Gəl” sözlərini rəngarəng formada yazacaqlar. Beləcə hamını muzeyə dəvət edirlər.
“Gecə Muzeydə” aksiyası Avropa İttifaqı tərəfindən 2005 ci ildə yarandı. Ondan sonra hər il Avropa Birliyi ölkələrində müntəzəm şəkildə qeyd olunurdu. Sonra bu aksiya daha geniş miqyaslı şəkil aldı və dünyanın əksər ölkələrində qeyd edilməyə başladı. “Gecə Muzeydə” aksiyasının Gürcüstanda da qeyd olunması təşəbbüsünü Mədəniyyət Nazirliyi 2015 ci ildə irəli sürdü. 2016 cı ildə Gürcüstanın demək olar hər bir muzeyi gecə saat 1 dək muzey ilə maraqlananları qonaq etdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register