Geomaqnit qasırğası gözlənilir

14461009885631bffc6a4ba

Bu gün Yer kürəsində geomaqnit həyəcanlaşması olacaq.

bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev report-a bildirib.

E.Babayev bildirib ki, buna səbəb kimi Yerin heliosfer cərəyan təbəqəsindən keçməsidir.

O, həmçinin xarici mətbuatda noyabrın əvvəlində Yer kürəsində maqnit qasırğalarının olması iddialarına da münasibət bildirib. Direktor müavini əlavə edib ki, bu cür mötəbər olmayan proqnozlara inanmaq məsləhət deyil: “Çünki ən azı 3-4 gün qabaq verilən proqnoz nisbətən etibarlı olur. Ancaq bizdə olan məlumata görə, noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir. Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register