Bu tapıntı neft “bazarına son qoya bilər”

neft

Çində yeni inqilab baş verdiyi elan olunub. İnqilab karbohidratlar sahəsində baş verib. Belə ki, dünyada ilk dəfə olaraq çinli neftçilər Cənubi-Çin dənizinin dibindən “yanacaq buzu” çıxarıblar. Söhbət su və təbii qazın qarışığından gedir. Bu qarışıq müxtəlif temperaturda bərk maddəyə çevrilir.

buz

Məsələ ondadır ki, “yanacaq buzu” nadir karbohidrat deyil və dünyanın bir çox yerlərində mövcuddur. Sadəcə, maliyyə və texnoloji səbəblərdən onun hasilatı həyata keçirilmir. Çin isə texnologiya sahəsində irəliləyiş edərək bu maddənin hasilatını rentabelli edə bilib. Çin rəsmiləri bu hadisəni ABŞ-dakı “şist inqilabı” ilə bərabər tuturlar. Yuxarıda sözügedən maddə Honkonqdan 285 km məsafədə 1,2 km dərinlikdə aşkar edilib. 100 litr “yanacaq buzu” ilə avtomobil 50 min kilometr yol qət edə bilər. “Yanacaq buzu”nun 1 kub metri 160 kubmetr təbii qaza bərabərdir. Əgər Çin hasilatı sənaye miqyasına çatdırsa, dünyada neft və qaz qiymətlərini tamamilə “öldürə” bilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register