Sadaxlı kəndinin mədəniyyət evində konsert təşkil olundu

koncert-890x395_c

   27 may tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi, Sumqayıt regional mədəniyyət və turizim idarəsi, Abşeron Rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin və Marneuli bələdiyyəsinin təşkilatçılığı ilə Sadaxlı kəndinin mədəniyyət evində konsert təşkil olundu. Konsertdə kənd sakinləri, dəvətli qonaqlar, gənclər, uşaqlar, hökumət və qeyri-hökumət nümayəndələri iştirak edirdilər.

Mən çox sevindim ki, bizim Sadaxlı kəndindəki konsertimiz üç bayramı Gürcüstanın müstəqilik günü, Ramazan ayının başlanması və Azərbaycanın respublika gününü əhatə edir. Bu sözləri Abşeron rayonunun Mehdiabad qəsəbəsinin musiq məktəbinin kamança müəllimi Bayram Əliyev dedi.

Biz Marneuli bələdiyyəsinin rəhbər orqanlarına öz təşəkkürmüzü bildiririk ki, bizə bu şəraiti yaratdılar. İnanıram ki, belə konsertlər hər il təşkil olunacaq. Abşeron rayonun Mehdiabad qəsəbəsinin musiqi məktəbinin direktoru Təranə İbrahimova qeyd etdi.

Sadaxlı kənd sakini Cəfərov Elməddin belə konsertlərin olmasınıın onları çox sevindirdiyini dedi. Bu konserti təşkil edənlərə öz təşəkkürmüzü bildiririk.

Konsert dəvət olunmuş qonaqların ifaları və çxışları ilə başa çatdı.

Müəlliflər: Amil Məmmədov

Zaur İbrahimov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register