Kvemo Kartli Biznes Forumu Keçirildi
BUSINESS GEORGIA-nın təşkilatçılığı ilə “Kvemo Kartli İnkşaf Agentliyi” və Kvemo Kartlidə Dövlət Müşavirliyi-Qubernator administrasiyasının dəstəyi ilə Rustavidə, Kvemo Kartli Biznes Forumu keçirildi.
Forumda yerli və xarici biznesmenlər, investorlar, beynəlxalq və yerli qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri Kvemo Kartlidə Dövlət Müşaviri-Qubernator Qriqol Nemsadze, Munisipalitetlərin rəhbər şəxsləri, Gürcüstanda akreditasiyadan keçmiş diplomatik korpuslar və s. dəvvətli şəxslər iştirak etdilər. Sözü gedən forumda Marneulidən İcra Başçısı Merab Topçişvili iştirak etdi.
Görüş çərçivəsində, Kvemo Kartli bölgə administrasiyası və ‘’BUSINESS GEORGIA’’ jurnalı arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalandı. SənədəKvemo Kartlidə Dövlət Müşaviri-Qubernator Qriqol Nemsadze və ‘’BUSINESS GEORGIA’’-nın baş direktoru Anna Qoqişvili imza atdılar.
Forum iştirakçıları məlum sahədə bölgənin inkşaf dinamıkası və tendensiyalardan, xüsu ilə isə kənd təsərrüfatı, turizm, sənaye, ticarət və infrastruktura istiqamətlərini müzakirə etdilər.
Biznes Forumu təşkil etməkdə məqsəd Gürcüstan miqyasında, bölgələrin inkşafına təkan vermək, bölgələrin yatırım potensialı yönü ilə gürcü və xarici biznesmenləri maraqlandırmaqdır.
Amil Məmmədov2286 Posts
0 Comments