Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Böyük Britaniyanın “Rolls-Royce” şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib. Şirkətin “Sweptail” yeni və yeganə modeli İtaliyada keçirilən “Villa” eleqantlıq müsabiqəsində nümayiş olunub. Məlumata görə, “Sweptail” sırf əl işidir və 1930-cu illərin “Rolls-Royce” avtomobillərinin üslubuna xas dizayn edilib. Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, “Rolls-Royce Sweptail” dünyanın ən bahalı avtomobili hesab edilir.

1

“Xiaomi” şirkəti təsdiqləyib ki, “Mi Max” smartfonlarının istehsala başladığı gündən 3 milyon ədəddən çox smartfonunun satışına nail ola bilib. Cihaz hələ ötən ilin may ayında istehsal olunub. İki ay ərzində 1,5 milyon ədəd cihaz satılıb. Onun davamçısı olan “Mi Max 2” smartfonu isə rəsmi olaraq dünən təqdim edilib. Təsdiq isə kimdənsə deyil, “Mi Max 2” smartfonunun təqdimatı zamanı Çin şirkətinin baş direktoru Ley Tzyundan baş gəlib. Xatırladaq ki, bu smartfon “Snapdragon 625” prosessoru və 6,44 düym həcmli FullHD displeyə malikdir. Əməliyyat yaddaşının həcmi 4 GB, əlavə edilmiş yaddaşın həcmi isə 64 GB və 128 GB təşkil edir. Telefon həmçinin 12 və 5 meqapiksel kameralarla təchiz edilib. Akkumulyatorunun həcmi 5 300 mA/saat təşkil edir və o, “Android Nougat” əməliyyat sistemi ilə çalışır.

2

“Apple” texnikasının azarkeşi “YouTube”da “iPhone 8” smartfonuna yeni funksiyanın əlavə edilməsini təklif edən videoçarx yerləşdirib. O, cihazı pul vəsaitini çap etmək imkanı ilə təchiz etməyi təklif edir. Onun ideyasına əsasən, smartfon sahibinin əl izlərini skan etdikdən sonra sistemi işə salmaq mümkün olacaq. Məhz bundan sonra cihaz qeyd edilən məbləği çap edəcək ki, bu vəsait də avtomatik olaraq bank kartından çıxılacaq. Mütləq şərtlərdən biri də odur ki, kart “Apple Pay” ödəniş sisteminə bağlı olmalıdır.

3

“Snapchat” onlayn xidmətinin məxsus olduğu “Snap” şirkəti dron istehsal edən “Ctrl Me Robotics” şirkətini əldə edib. Razılaşmanın qiyməti 1 milyon dollar təşkil edir. Bildirilir ki, “Ctrl Me Robotics” şirkəti nəinki dron istehsal edir, həmçinin artıq mövcud olanlara kamera quraşdırmaqla modernləşdirir. Yaxın gələcəkdə “Snapchat” istifadəçilərinin öz videolarını havadan çəkmək imkanının olması da mümkündür.

4

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın “Yandex” şirkətinin Kiyev və Odessa şəhərlərindəki ofislərində axtarış aparır. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya isə “Facebook” profilində yazıb ki, axtarışlar Ukrayna Cinayət Məcəlləsinin 111-ci (Dövlətə xəyanət) maddəsi üzrə açılmış cinayət işi çərçivəsində aparılır. Əməliyyatın detalları barədə yaxın saatlarda qurumun saytında məlumat veriləcək. Qeyd edək ki, Ukraynada mayın 17-dən Rusiyanın sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

5

İranın “Soha” adlı ilk əməliyyat peyki gələn il kosmosa buraxılacaq. Bu barədə ölkənin kosmik tədqiqatlar mərkəzinin rəhbəri Həsən Haddadpur deyib. Onun sözlərinə görə, peykin buraxılmasında məqsəd İranda kosmik tədqiqatları inkişaf etdirməkdir. Kosmik aparat Yerdən 36 min kilometr yüksəklikdə olacaq. İran bu ilin sonuna qədər fəzaya iki telekommunikasiya peykini göndərməyi də planlaşdırır.

7

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register