Tarixdə Bu Gün
Tarixdə bu gün 31.5.2017-cı il.
1223-cü ilin 31 mayında Kalka çayı adlı muharibədə monqol ordusu Şərqi slav ordusu ilə savaşmışdır.
Dahi xorasan fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyam 1048-ci ilin 31 mayında Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
31 may 1836-cı ildə İngiltərədə ilk dəfə avar vinti patentləşdirilmişdir.
Biq Ben qülləsindəki saatlar işə 1859-cu ilin bu günü düşmüşdür.
1920-ci ilin 31 mayında Azərbaycan Demokratik Respublikası 4 və 5-ci hökumət kabinetlərinin rəhbəri Nəsib bəy Yusifbəyli qətlə yetirilmişdir.
Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun qaldırdığı üsyan qəddarlıqla yatırılmışdır. Bu hadisə 1920-ci ilin bu günü baş vermişdir.
Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan SSR Xalq Artisti Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. O, 1978-ci ildən Azərbərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
31 may 1970-ci ildə Peruda zəlzələ 66 000 insanın həyatına son qoymuşdur.
2003-ci ilin bu günü səsdən sürətli sərnişin təyyarəsi “Concorde” sonuncu dəfə Paris aeroportuna enmişdir. Beləliklə bu təyyarələrin istismarı başa çatmışdır.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments