Marneulinin „Cync Maneəsiz İdman” Layihəsində Uğuru
„Cync Maneəsiz İdman” layihəsi çərçivəsində, bölgədə aparılan mübarizə sona çatdı
Kvemo Kartlinin hər bir bələdiyyəsinin ictimai və özəl məktəblərinin şagirdləri müxtəlif idman növləri üzrə yarışdılar. Basketbol üzrə final matçında Marneulinin oğlanlar komandası qalib oldu. Komanda Anakliyada keçiriləcək Gürcüstan çempionatına vəsiqə qazandı.
Qeyd etmək lazımdır ki, yaxın məsafəyə qaçış üzrə Gürcüstan çempionatında Marneuli sakini İlahə Talıbova mübarizə aparacaq. Beləki, o, bölgə turnirində uğur qazandı.
Bölgə turnirində, basketbol üzrə, ikinci yeri Marneulinin qızlar komandası qazandı.
„Cync Maneəsiz İdman” layihəsi, Mill Uşaq və Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Gürcüstanın hər bir bölgəsindən 16-18 yaşlı idman sevər yeniyetmələr(qız-oğlan) iştirak edəcəklər.
Yarışlar 4 idman növü -minifutbol, basketbol 3X3, stolustü şahmat və yaxın məsafəyə qaçış(sprint) üzrə təşkil olunacaq.
Layihə çərçivəsində Gürcüstan Çempionatı Anakliyada keçiriləcək.
Amil Məmmədov2286 Posts
0 Comments