“Gənc Fermerlər” klubunun üzvləri ilə görüş
Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili və administrativ xidmətin rəhbəri Nino Dekanoidze Şaumyanın №2 ictimai məktəbin bazasında mövcud “Gənc Fermerlər” klubunun şagirdləri ilə görüşdü.
Görüşdə şagirdlər İcra Başçısına Şaumyanda olan çayın təmizlənməsi və zibil qutularının yerləşdirilməsi barədə məlumat verdilər. Sözü gedən mövzuda İcra Başçısından yardım istədilər.
İcra Başçısı şagirdlərin idealarını dinləyərək, səlahiyyətləri çərçivəsində tam dəstək göstərəcəyini bildirdi.
Görüşün sonunda, şagirdlər öz təşəbbüslərini yazılı formada dəftərxanaya təhvil verdilər.
Amil Məmmədov2286 Posts
0 Comments