Marneuli sakinlərinin tətil planı

news7

Bu gün 31 May yazın son günüdür, sabahdan artıq yay gəlir. Yay yaxınlaşdıqca isə əhali arasında mənzuniyyətin harada keçirələcəyi mövzusu dahada aktuallaşır. Radio Marneuli olaraq bu mövzunun  Marneulidədə aktual olub olmaması ilə maraqlandıq. Küçə sorğusuna isə yay tətilini harada keçirməyi planlaşdırırsınız? Bu isə necəyə başa gələr? sualı ilə çıxdıq.

Marneuli sakinlərinin bir çoxu tətil üçün kurorta getməyə imkan və vaxt  olmadığını deyirllər. Vaxtı olanlar isə tətil üçün minimum 300 maximum 1000 lari pula ehtiyac olduğunu bildirir.  Radio Marneuli olaraq mövzu ilə maraqlandıq və Gürcüstanda regionlara v’ kurortlara əsasən harada tətil necəyə baş gəldiyi haqqında araşdırma apardıq.
Borjomi

Yay kurortları arasında Borjomi xüsusi populyarlığı ilə fərqlənir. Şəhərdə sizlər bahalı, ucuzlu və ailə mehmanxanaları tapa bilərsiniz. Borjominin ən bahalı mehmanxaxası “Kraun palasdır” harada ki, yay ərzində bir gecə qalmaq 230 dollar məbləğindədir. Borjomidə 2 həftə üçün 1 otaqlı ev kirayələmək isə 800-900laridən başlayır. Ancaq qiymətlər yerlərə əsasəndə dəyişir.

 

Səirmə

 

Əgər siz “Səirmə” mehmanxanasında dincəlmək isdəyirsinizsə İyun-sentyabr ayından göl mənzərəli otaqda qalmaq 76 dollar, təbiyyət mənzərəli otaqda qalmaq isə 65 dollardır. İmeretidə bir nəfərlik isti suyu olmayan otaqda dincəlmək 50, isti suyu olan otaqda isə 65 dollardır.
Raja

 

Rajada ən bahalı may ayının 1-dən qonaq qəbul edən mehmanxana “Sanset Şovdur”. May və iyunda standart 2 nəfərliq otaqlarda qalmaq 165 dollar, Aylara əsasən məbləğdə yüksəlir, iyulda 220, avqustda 295 dollardır. Məbləğə isə 3 dəfə qida, internet və televiziya daxildir.
Kotteclərdə isə fərqli qiymətlər var. 3 otaqlı 3 kravatlı, mətbəxli və hamamı ilə kottec kirayələmək 630 dollardır. İyulda 715, avqustda 905 laridir. Bir otaqlı kottecin qiymətləri isə iyunda 265, iyulda 290, avqustda isə 345 laridir.

Kazbegi

 

Kazbegidə ən bahalı mehmanxana “Rumsdur”. Mehmanxanada həftənin fərqli günlərində qiymətlər fərqlidir. Qiymətlər mənzərələrə görədə dəyişir. Şənbə-bazar günləri 2 nəfərlik otağın qiyməti 145-dən 250 dollara qədərdir. Həftə içində isə otaqların qiyməti 100-dən 150 dollara kimidir. Məbləğə isə sadəcə səhər yeməyi daxildir.
Batumi

Dəniz kənarı kurortlar arasında ən populyarı Batumidir. Ancaq başqa kurortlarla müqaisədə Batumidə tətil dahada ucuzdur. Batumidə yay sezonu iyulda başlayır və sentyabr sonuna kimi davam edir. Şəhərdə ən bahalı mehmanxananın qiyməti 100 dollardır. Orta tipli mehmanxalarda isə otaq qiymətləri 25 dollardan başlayır 100 dollara kimi qalxır. Bundan əlavə tətildə olanlar 15 laridəndə ev kirayələyə billərlər. Qiyətlər isə yerlərə əsasən dəyişir.

Svaneti
Svanetidə, Mestiyada ən bahalı mehmanxanada tətil etmək 90 dollardır. Ev tipli mehmanxanalar isə bir nəfər üçün otaq giymətləri 40 laridir.

Kaxeti
Kaxetidə ən bahalı mehmanxana “Lopota Spa Resortdur”, orada yay aylarında ailə üçün otaqlar 220 dollardır. 16 yaşa kimi uşaqlar üçün pulsuzdur. Otaq qiymətinə 3 dəfəlik qida daxildir. Kvareli mehmanxanalırda qiymətlər fərqlidir. “Royal Batonudə” otaq qiyməti 95 dollardan başlayır.

Gürcüstanda regionlara əsasən tətil etməyin qiymətləri bundan ibarətdir. Hərkəsə xoş tətillər arzulayırıq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register