Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” korporasiyasının yeni mənzil-qərargahının panoram videosu yayılıb. Bloger Metyu Roberts tərəfindən yayılan video dronla çəkilib. Nəhəng layihə hələ başa çatmasa da, əsas işlər artıq arxada qalıb. Videodan görünür ki, üzük şəklindəki əsas binanın həyətində parkın inşaatı davam edir. Qeyd edək ki, layihənin həyata keçirilməsinə hələ mərhum Stiv Cobsun dövründən başlanıb.

Şimali Koreyada “iPad” planşetinin təqdimatı olub. Analoji adı ABŞ-ın bu brend altında bir sıra cihazlar istehsal edən “Apple” korporasiyası patentləşdirib. Yeniliyi Şimali Koreyanın “Ryonghung” şirkəti təqdim edib. Şimali Koreyadakı cihaz xüsusi gücü ilə seçilmir. Cihaz dördnüvəli prosessor və 1 GB əməliyyat yaddaşı ilə təchiz edilib. Əlavə olunan yaddaşın həcmi isə 8 GB təşkil edir. Qeyd edilir ki, cihaz həmçinin çıxarılan kamera ilə təchiz edilib. “Apple”dən mənimsənilmiş ada baxmayaraq, Amerika nəhəngi çox güman ki, Şimali Koreyadan olan istehsalçını məhkəməyə verməyəcək.

1

Nüfuzlu analitik Bred Sems bildirib ki, nəhəng proqram istehsalçısı “Microsoft” korporasiyası smartfon bazarına qayıtmaq niyyətindədir. Şirkətin bu sahədəki sonuncu təcrübəsi uğursuz olub, Finlandiyanın “Nokia” şirkəti ilə əməkdaşlıq özünü doğrultmayıb. Hazırda “Microsoft” yeni “OS Windows 10 Mobile” əməliyyat sistemi üzərində çalışan bir sıra cihazların tərtibatı ilə məşğuldur. Şirkətdə “Apple” və “Android” cihazlarına qarşı rəqabət yaratmaq niyyətindədirlər. “Microsoft” tərtibatçıları bir sıra masaüstü kompüterlərdə geniş yayılmış öz əməliyyat sistemlərini mobil cihazlara adaptasiya etməyə çalışır.

2

“Android” əməliyyat sisteminin yaradıcısı olan Endi Rubin tərəfindən təsis edilmiş “Essental” şirkəti özünün ilk smartfonunu buraxıb. “Essential Phone” çərçivəsiz displey, titan korpus və keramik qapaqla təchiz olunub. Cihaz 5,7 ekran ölçülüdür və “Qualcomm Snapdragon 835” prosessoruna malikdir. Operativ yaddaş 4 GB, daxili yaddaş 128 GB-dir. Əsas kamera ikilidir və 13 meqapikseldir. Frontal kamera isə 8 meqapikseldir. Qulaqcıqlar üçün yer qoyulmayıb. Smartfona əlavə opsiya – 360 dərəcəli kamera da quraşdırmaq mümkündür. Cihazın qiyməti 699 dollardır, kameranı isə 50 dollara əldə etmək olar.

3

Cənubi Koreyanın nəhəng texnologiya şirkətlərindən biri olan “Samsung” daha bir yeniliyə imza atıb. Şirkət ilk dəfə arxasında iki kameranın olduğu mobil telefonların istehsalına başlayacaq. Daha əvvəl “Apple” və “HTC” şirkətlərinin cihazlarında istifadə olunan texnologiya bu dəfə “Samsung”un “C10” modelində istifadəçilərə təqdim olunacaq. Cihazın digər ölkələrdə satışa çıxarılıb-çıxarılmayacağı barədə hələ ki, rəsmi bir açıqlama verilməyib.

4

Belçikanın MobileXpose adlı saytı, anonsu olunmamış Xiaomi Mi Note 3-ün render fotolarını təqdim edib. Saytın verdiyi məlumata əsasən göstərilmiş render foto, təqdim olunacaq smartfona görünüşcə çox yaxındır. Render fotodan da görnür ki, xarici görünüşcə Xiaomi Mi Note 3, Galaxy S8 ilə Xiaomi Mi 6-nın birləşmiş versiyasına bənzəyir. Təqdim olunacaq yeni smartfonun qıraqları əyilmiş şəkildə olacaq və minimal çərçivə ölçülərinə sahib olacaq. Bundan əlavə olaraq Mi Note 3, şaquli şəkildə yerləşdirilmiş işıqlandırma sisteminə sahib ikili ön kamera ilə təchiz olunacaq. Bir sıra məlumatlara əsasən Mi Note 3, 5.7 inç Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfon təqribi olaraq İyun ayında satışa çıxacaq.

5

“Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak, yeni texnoloji təkamülün məhz iPhone istehsalçısından olacağına inanmır. O, “Tesla” şirkətinə və Elon Musk-ın digər layihələrinə daha çox inanır. Öz müsahibəsində Steve, Elon Musk-ı gələcəyin ideya generatoru adlandırıb. Onun fikrincə Elon Musk, riskə getməyə qorxmur və bununla belə hansı yolla gedəcəyini çox yaxşı bilir. “Mən “Tesla”ya inanıram” – deyə o bildirib. Steve-in fikrincə Mask öncədən elektromobillərin, pilotsuz uçma aparatlarının və innovasiyalı nəqliyyat sisteminin məşhurluğunu görmüşdü. Bir neçə müddət bundan öncə Elon Musk, “The Boring Company” adlı yeni şirkət yaratdı. Həmin şirkət vasitəsilə Musk, yeraltı tunellər layihəsini reallaşdıraraq böyük şəhərlərin tıxac problemlərini aradan qaldırmağı planlaşdırır. Wozniak-ın fikrincə Elon Musk bu layihəni reallaşdıra biləcək. Tesla avtomobillərinin məşhurlaşmasını Wozniak, Musk-ın hansısa məhsulu məhz özü üçün yaratmaq bacarığı ilə əlaqələndirib. Mıəhz buna görə Model S avtomobili gözəl, eleqant və istifadədə sadə alınıb. “Yaxşı məhsullar o vaxt yaranır ki, sən, sənin xoşuna gələn nəyisə yaradasan” – deyə Wozniak bildirib. Gələcək innovasiyalar haqqında söhbətində Wozniak, “Apple” şirkətini qeyd etməyib. Lakin o bildirib ki, əsl innovasiyalı məhsullar məhz cavan CEO-ların olduğu şirkətlər tərəfindən yaradılır.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register