Deputat büroları qamqeoba strukturlarının funksiyalarını yerinə yetirirlər

usaid

Deputat Büroları artıq qamqeoba strukturlarının funksiyalarını yerinə yetirirlə

Bir aydır ki, majoritar deputatların qərargahı İcra hakimiyyətinin binasında yeni təmir olunmuş ofisdə fəaliyyət göstərir.

“Marneuli” radiosu  büroya təxminən nə qədər əhali müraciət etdiyi və əsasən hansı problemlə gəldikləri ilə maraqlandı. Məlum olduğu kimi, 35 seçki dairəsinin Majoritar Deputatı Ruslan Hacıyevdir, büro rəhbəri Mirzə Darğallının bildirdiyə görə büroya gün ərzində təxminən 10 nəfər baş çəkir. Baş çəkənləri fərqli problemlər narahat edir, əsasən isə sosial və torpaq sahəsi qanunlaşdırılması problemləri ilə baş vururlar. Ancaq büroya İcra Hakimiyyəti strukturları haqqında da müraciət edirlər.

“Büroya fərqli problemlərlə müraciət edirlər, elə insanlar var ki, sadəcə qamqeobanın fərqli strukturları ilə ortaq dil tapa bilmirlər, buna görə də bizə müraciət edirlər, biz isə imkan daxilində yardım göstəririk. Bəzən elə hadisələr baş verir ki, insanlar torpaq sahələrini qeydiyyatdan keçirə bilmirlər və əsasən bu növ elementar problemlərdir.”-deyə 35-ci dairənin büro rəhbəri Mirzə Darğallı bildirir.

Oxşar hadisə 36-cı dairədə Tamaz Naverianinin bürosunda da baş verir. Büro əməkdaşı Tamar Kiparoidzenin dediyinə görə, ən çox əhali sayı bazar ertəsi və çərşənbə günləri deputatın əhali qəbulu saatlarında gəlir. Ən aktual problem isə yenə də sosial yardım və torpaq sahəsi qanunlaşdırılması mövzusudur. “Ən çox problemlər sosial sahədədir.

Çox insanın sosial yardıma ehtiyacı var,  sosial ballardan hamı narazıdır. Eləcə də torpaq sahələrinin qeydiyyatı ilə bağlı problemlər də var. Bu bizi təəcübləndirir, ancaq qonşular arasında münaqişə problemləri ilə də müraciət edənlərin sayı çoxdur.

Çox qəribə problemlərlə gəlirlər, bəzən qonşular bir-birilərinə hədə-qorxu gəlirlər və s. Fəqli insanlar fərqli problemlərlə gəlirlər, bəzən təhsil haqqının ödənilməsi ilə bağlı da gəlirlər.”-deyə Tamar Kiparoidze qeyd edir.

Yerli səviyyədə sosial mövzuların, torpaq sahəsi qanunlaşdırırlması və qonşu davaları müzakirəsi və həlli majoritar deputatların səlahiyyıtinə daxil deyil. Buna görə də parlament büroları əsasən vasitəçi rolunu yerinə yetirirlər. Bu haqda isə Tamaz Naverianinin büro əməkdaşı danışdı. “Biz öz tərəfimizdən hərtəfli yardım göstəririk.

“Əgər gələnlər sosial yardım agentliyinin harada olduğunu bilmirlərsə oraya da aparırıq. Sosial balların yenidən yoxlanılması ilə bağlı yardım edirik. Biz büronun səlahiyyətinə daxil olan hər şeyi imkan daxilində yerinə yetiririk. Qərar qəbuledicilər deyilik, onları hansı problem narahat edirsə həmin departamentlə və ya kompaniya ilə əlaqə yaratmaqda vasitəçi oluruq. Tamaz Naverianinin adı ilə ərizələr, məktublar, xahiş məktubları və s. yazırıq” –Tamaz Kiparoidze deyir.

Buna görə də deyə birlərik ki, bürolar sosial yardım və əmlak idarəsi departamentinin funksiyalarını yerinə yetirirlər.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register