Sürücülər üçün tətbiq olunan yeni qanun bu gündən qüvvəyə mindi

1

İlin sonuna qədər vəsiqələrinin 100 balını xərcləyən sürücülərin vəsiqələri əllərindən alınacaq.

Daxili İşlər Nazirliyinin məlumata əsasən sürücülük vəsiqələrinin 100 ballıq sistemi bu gündən yəni iyunun 1-dən  qüvvəyə mindi.

Hər bir sürücünün vəsiqəsinə 100 bal yazılacaq və həmin ballar 2018-ci ilin yanvar ayına qədər qüvədə olacaq.

Gürcüstan ərazisində, yol qaydasının hər pozulduğunda sürücünün vəsiqəsindən ballar silinəcək. İlin sonuna qədər pozuntalara yol verməyib, ballarını qoruyan sürücü hökümət tərəfindən hədiyələr veriləcək. Balları sonuna qədər xərcləyən sürücülər isə vəsiqəsi əlindən alınacaq.

Sürücü vəsiqəsinin balları azaldıqca sürücülərə Daxili İşlər Nazirliyindən xəbərdarləq mesajı göndərləcək.

Alkaqol və yaxud psixotrop maddələrinin təsiri altında avtomobil sürən şəxsin 30-40 balı silinəcək.

Təhlükəsizlik kəmərini taxmadığı halda – 5 bal silnəcək.

Mobil telefonla danışdığı zaman – 15 bal silinəcək.

Kiçik administrativ qaydaların pozulduğu halda – 5-20 bal silinəcək.

Qəza yerindən qaçmaq və yaxud polis dayandırdığı zaman durmamaq üçün – 15-35 bal silnəcək.

Yüksək sürətlə sürmək isə – 10 bal silinəcək.

Uşaqları avtomobil ilə aparan zaman təhlükəsizlik qaydalarının pozulduğu zaman – 20 bal silinir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register