1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneulidə qeyd olundu

usaqlar gunu

Uşaqların Beynəlxalq Müdafiəsi Günü  1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Gürcüstanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Bu gün Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyük coşğu ilə qeyd edildi. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Marneulinin Mədəniyyət Evi öz həyətində yerləşən parkda müxtəlif  tədbirlər təşkil etdi. Tədbirdə “Mədəniyyət Evi” də mövcud müassir ,,never stop” rəqs studiyası fleşmob ilə, Marneulinin uşaq bağçaları, dəvət olunmuş animatorları tamaşaçı qarşısına çıxdılar. Həmçinin Mədəniyyət Mərkəzinin həyətindəki parkda sənaye güşəsi yaradıdı. Orada uşaqlar mədəniyyət evinin sənayeçi pedaqoqu Tengiz Kapanadze ilə birlikdə miniature rəsmlər çəkdilər. Uşaqlar isə öz sevincini bizimlə bölüşdülər.

Həmçinin parkda rəssamlıq güşəsi yaradılmışdır. Bu güşədə Mədəniyyət Evinin rəssamı Tamara Letodiani ilə birlikdə rəngli rəsmlər çəkdilər. Mədəniyyət Mərkəzinin dekoratoru İrakli Nozadze körpələrin alnını rəngləyərək onların sevincinə sevinc qatdı. Həmçinin balaca dostlar parkın sahəsini rəngli təbaşirlər ilə rənglədilər. Valdeyinlər isə bu cür şənliyin yaradımasında əməyi keçənlərə öz təşəkkürlərini bildirdilər.

Dəvət olunan animatorlar: Qup, Miki-Mini, Qırmızı Papaq, Pepi, Hindistanlı, pirat , Qar Qızı, Mayböcəyi və ən mükəmməl animator və aparıcı Ucma uşaqlara görünməmiş əyləncə və möhtəşəm  vaxt keçirmələri üçün şərait yaratdı. Şənlikdə iştirak edən təşkilatlar ,,Dream partner” və Gürcüstan Qırmızı Xaçının Marneuli filialı uşaqlara müxtəlif oyunlar təklif etdilər. Tədbiri Mədəniyyət Mərkəzinin musiqi qrupu-bendi əyləncəli konsert ilə başa çatdı.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register