Kvemo Kartli Qubernatoru Marneuli Bələdiyyəsinə Qonaq Oldu

Marneuli Bələdiyyəsində Kvemo Kartlidə Dövlət Müvəkkili-Qubernator Qriqol Nemsadze qonaq oldu.
Bölgə Qubernatoru Qriqol Nemsadze, birinci müavini Aleksandr Metreveli ilə birlikdə, Bələdiyyədə İcra Hakimiyyəti nümayəndələri, Bələdiyyənin rəhbər şəxsləri və Kənd Ərazi Vahidliklərinin rəhbərləri ilə görüşərək onların fəaliyyətləri barədə ətraflı məlumat aldı.
İşgüzar görüşdə Bələdiyyədə davam edən və planlaşdırılan infrastruktur layihələrə diqqət ayrıldı. Bələdiyyənin İcra Başçısı Merab Topçişvili, Qubernatora 2013–2017ci illərdə həyata keçirilən işləri əks etdirən kiçik prezentasiya nümayiş etdi.
Görüşdən sonra qonaqlar, bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə, Alget Kənd Ərazi Vahidliyində yerləşən inşaası davam edən uşaq bağçasınabaş çəkdilər.
Amil Məmmədov2286 Posts
0 Comments