İcra Hakimiyyəti Əməkdaşları Üçün Modul Treninqləri Keçirildi

employee-news

Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətində Gürcüstan Munisipalitetlərin İnkşafı Fondunun təşəbbüsü ilə, “Bələdiyyə İmkanlarının İnkşafı” layihəsi çərçivəsində, Kvemo Kartli Munisipalitetləri üçün – məkansal planlaşdırma, tədbirlərin idarəedilməsi və kapital yatırım təşəbbüs planları mövzusunda modul treninqləri baş tutdu.

Proqramın məqsədi treninq kursları və ədəbiyyatdan əlavə, bələdiyyənin müvafiq şöbələr üzrə əməkdaşlarına yardım etməkdir ki, yeni proqram ilə planlaşdırma və idarəetmə prosesi təşkil edilsin.

Layihə çərçivəsində hazırlanan treninqlər proqramı həyata keçirilməyə cari ilin aprel ayında başladı və 2019 cu ilin mart ayınadək davam edəcək.

Görüşdə Kvemo Kartli Bələdiyyələrinin İnfrastruktur İnkşaf, Məkan Təşkili, Arxitektura və Tikinti Xidmətinin əməkdaşları iştirak edirdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register