Gürcüstanda iki min müəllimin ali tehsili yoxdur
Gürcüstan dövlət audit xidmətinin məlumatına görə orta məktəblərdə əsas fənlər üzrə dərs deyən yüzlərlə müəllimin ali təhsili yoxdur.
Dövlət audit xidməti 2016-cı ildə illik əmək sahəsində keçirdiyi 71-ci monitorinqin hesabatını təqdim etdi. Hesabatda verilən məlumata görə qanun pozuntularının çoxu munisipalitetlərdə baş tutur.
“67 min əsas fənlər üzrə dərs deyən orta məktəb müəllimi arasında 2 mininin ali təhsili yoxdu və sadəcə ümumi və ya peşə təhsili var. Bu bölümdən isə sadəcə 4 faizi öz fənni üzrə imtahanı keçə bildi”-deyə hesabatda deyilir.
Audit xidmətinin məlumatına görə kadrların peşəkarlığının aşağı olmasının bir necə səbəbi var. Birincisi, peşəkar artım təmin etmək üçün dövlətin davamlı siyasətin olmaması və eləcədə müəllimlərin inkişafı üçün yetərincə resursun olmamasıdır. İkinci səbəb olaraq audit xidməti kadr çatışmamazlığının və bu prolemin tamamın məktəb asılı olduğunu bildirir, çünki nazirliyinin bu kimi problemlərin monitorinqi və həlli üçün sistemi yoxdur.
Bundan əlavə məktəb vakansiyalarında peşəkarlıq tələbi yoxdur, əli təhsil tələbi isə göz ardı edilir. Peşə haqqının əslində olduğundan az təklif edilməsi isə vakansiyanın caziblik səviyyəsini və konkurensiyayı aşağı salır.
Hesabata əsasən Gürcüstanda bir il ərzində sadəcə məktəblərin 50%-i peşəkar kadr qəbulu ilə maraqlarıb və işə qəbul edib, geridə qalanları isə aşağı səviyyədə peşəkar olan kadrlara üstünlük veriblər
Problemlərdən biri isə kadr çatışmamazlığıdır buna görədə regionlarda şagirdlər tam təhsil ala bilmirlər. Tbilisidə və böyük şəhərlərdə müəllim çatışmamazlığı problemi yoxdur, ancaq əksər hallarda pedaqoqun bir sahə üzrə təhsili olmasına baxmayaraq bir necə fənn üzrə dərs deməsi müşahidə olunur.
Dövlət audit xidməti Elm və Təhsil nazirliyinə pedaqoqlar üçün vakansiya elanlarının düzgün yerləşdirilməsini və peşəkar pedaqoqların işlər təmin edilməsini məsləhət gördü.
Mənbə: Sputnik-Gürcüstan
Şəlalə Əmircanova516 Posts
0 Comments