Qasımlı məktəbinin şagirdləri Marneuli aktiv qadınlarla görüşdü
2 iyun tarixində Marneuli Mülki Məşğuluq Mərkəzində Qasımlı ictimai məktəbinin şagirdləri Marneulinin Uğurlu qadınları ilə görüşdülər. Bu görüşdə “Uşaqların hüquqlarının müdafiəsi naminə yerli imkanların gücləndirilməsi“ layihəsi çərçivəsində həyat keçdi. Görüşdə Marneulinin aktiv qadınlarından biri olan Olqa Endeladze ile görüşdük və o bizə öz təsuratlarını bölüçdü.
“Bu gün Qasımlı kənd məktəbinin şagirdləri ilə çox gözəl görüş keçirildi, və biz onlarla bu gün Marneulidə uğur qazanmış qadın nə demək olduğu barədə söhbət etdik. Əsasən dil maneələri, stereotiplər, təhsilin əhəmiyyəti barədə söhbət etdik. Ümid edirəm ki, maraqlı görüş alındı. Qızlar və oğlanlar gülümsəyirdilər. Əsas odur ki, başa düşdülər ki başqa dildə danışmaq, başqa milliyətə, başqa mədəniyyətə mənsub olmaq problem deyil. Əsas odur ki həyata, təhsilə, işə qarşı nikbin olasan. Bu gün bunlar barədə söhbət etdik.”
Bizimlə də eləcədə layihənin müəlliflərindən biri olan Ia Putkaradze öz təsuratlarını bizimlə bölüşdü.
“Qasımlı ictimai məktəbinin şagirdləri Tbilisidə bütün universitetləri, peşə məktəblərini gəzdilər və onlarda Gürcüstandakı təhsil müəssisələri ilə bağlı ümumi təsəvvür yarandı. Bu gün biz Marneulidəki tibb kollecində olduq, xanım Nino Qomelauri ilə tanış olduq, bizə şərtlərlə, təhsilin müddəti ilə, təhsil haqqının miqdarı ilə bağlı ətraflı məlumat verdi. Yəni uşaqlar üçün təhsil əlçatandır, ərazi olaraq da əlverişlidir. Biz milli kitabxanada olduq, kitabxananın əməkdaşları ilə tanış olduq, kitablara baxdıq, uşaqlar buradan həm Gürcü, həm də Azərbaycan dillərində kitablar götürüb oxuya bilərlər, çox gözəl imkan var.”
Qasimli ictimai məktəbinin şagirdi Zibeydə Əsgərov mektebinin sagirdi Zubeyda Esgerova bizə bu layihənin necə lazımlı olduğunu bildirdi.
Bu layihə çərçivəsində cercivesinde “Uşaqların hüquqlarının müdafiəsi naminə yerli imkanların gücləndirilməsi” layihəsinin son görüşü idi. Layihə yanvardan başladı və 6 ay davam etdi.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments