Tbilisdə Heydər Əliyev memorialının üzərinə boya töküblər
İnsident gecə saatlarında baş verib.
Gecə saatlarında naməlum şəxslər Tbilisinin mərkəzində keçmiş Azərbaycan prezidenti Heydər Əliyev memorialına boya töküblər.
Artıq beşinci gündür ki, gürcü jurnalistləri və fəalları azərbaycanlı jurnalist Əfqan Muxtarlının dəstəyiylə etiraz aksiyaları keçirir.
Azərbaycandan olan müxalifətçi jurnalist Əfqan Muxtarlı Tbilisinin mərkəzində mayın 29-da, axşam itib. Üstündə pasportu yoxuydu. Sonra məlum olub ki, Muxtarlı Bakıdakı istintaq təcridxanasına gətirilib.
Jurnalist Əfqan Muxtarlı Azərbaycandan Gürcüstana 2014-cü ildə gəlib, çünki öz jurnalist fəaliyyətinə görə dəfələrlə Azərbaycan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalıb.
Muxtarlının sözlərinə görə, onu mayın 29-da Tbilisidə Gürcüstanın kriminal polis əməkdaşlarının uniformasına oxşayan paltarlı şəxslər tutub.
Azərbaycan tərəfi bildirir ki, Muxtarlı özü qanunsuz sərhədi keçib, bu zaman da üzərində 10 min avro pul varıydı. Bu sözləri dəqiqliyiylə Gürcüstan tərəfi təkrar edir. Azərbaycan prokurorluğu Muxtarlıya qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürüb (sərhədi qayri-qanuni yolla keçmə, qaçaqmalçılıq, və hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərmə).
Mənbə: jam-news.net
Şəlalə Əmircanova516 Posts
0 Comments