Marneuli Mədəniyyət Mərkəzinin əsəblərini korladılar

dapirisspireba

2017-ci il 2 iyun tarixində “Marneuli Mədəniyyət Mərkəzi” özünün şəxsi “Facebook səhifəsində” “Təhsil Mərkəzi-Çay Evinin” direktoru Emin Əhmədovla açıq şəkildə mübahisə etdi.

“Mədəniyyət Mərkəzi” Emin Əhmədov haqqında yazır ki, O Marneuli Mədəniyyət Mərkəzinin fəaliyyətini eləcə də Marneulidə gedən prosesləri mənfi şəkildə dəyərləndirir. “Marneulinin İctimai Kitabkanasının fəaliyyətini mənfi dəyərləndirirsiniz, amma siz oraya hələ bir dəfə də olsun baş çəkməyibsiniz. Uşaqlar günü ilə bağlı rəy bildirirsiniz və təəssüflənərək bu günün bizim munisipalitetdə qeyd olunmadığını iddia edirsiniz”- deyə “Mədəniyyət  Mərkəzinin” bəyənatında bildirilir.

Sosial şəbəkədə yayılan bəyanata bir çox şərhlər bildirildi. Şərhlərdə “Təhsil Mərkəzi-Çay evinin” nümayəndəsi Murad Muradov qeyd edir ki, tənqid Mədəniyyət Evinin nəmli zirzəmisində olan 30 000 kitaba görə baş verib. Murad Muradov Emin Əhmədovun Bir iyun haqqında dərc etdiyi bildirişinə də rəy bildirir və orada söhbətin uşaqların inkişafı üçün lazımi mühit haqqında olduğunu deyir.

Emin Əhmədovun “facebook” səhifəsində ki, Uşaqlar günü ilə bağlı dərc etdiyi bəyənat Marneulili balacalar üçün atraksionlarla zəngin park yaradılması  haqqındadır. “Bu gün 1 iyun uşaqların mudafiəsi günüdür. 30 000-ə yaxın əhalisi olan Marneulidə uşaqların inkişafı, dünya görüşünün artırılması, vaxtını şən, faydalı keçirməsi üçün heç bir şərait yoxdur. Halbuki çox məbləğ tələb etməyən kiçik atraksionlarla zəngin park yaratmaq elə də çətin olmazdı. Arzu edirəm ki, nə vaxtsa bizim şəhərdə də belə bir park olsun və orada balacaların şən səsini eşidək.”- deyə yazır Emin Əhmədov.

emin axmedov

Məlum olana  görə Emin Əhmədov öz facebook səhifəsindəki bildirişində  uşaqlar üçün daha yaxşı mühutin yaradılamsına diqqət yetirib və orada Marneulidə uşaqların müdafiə gününün necə keçirildiyi haqqında söhbət  açılmayıb.

Sosial Şəbəkədə “Marneuli Mədəniyyət Mərkəzi” və  Emin Əhmədov arasında qarşıdurma Munisipalitetdə yeni açılmış kitabxanada olan, kitab fondunun bərpası  zamanı başladı. Marneuli kitanxanasına Gürcüstan Parlamentinin Milli Kitabxanası və  direktoru Giorgi Kekelidze tərəfindən kitablar gətirildi. Məhz qeyd edilən aktivliyin facebook bəyənatının  şərhlərində Marneuli Mədəniyyət Evinin zirzəmisində 32 000-ə qədər kitab olduğunu və bu kitabların yeni kitabxanaya aparılacağını Munisipalitetin İcra Başçısı Merab Topçişvilinin söz veridyi yazıldı. Emin Əhmədov və yerli aktiv gənclərin bir qismi  qeyd edilən kitabların zamanında çeşidləndirilib kitabxanaya aparılmadığına  etiraz etdi. Marneuli sakinlərini eləcə də kitabların hansı prinsiplə seçildiyini və kitabların aktuallağını kimin təyin etdiyi ilə maraqlandılar. Şərhləri “Marneuli Mədəniyyət Mərkəzinin” direktoru Nato Şavişvili və mərkəzin əməkdaşları cavablandırdılar, bildirişə  eləcə də Marneuli kitabxanasının direkrotu Lana Xaraişvilidə rəy bildirdi. Onların dediyinə görə, kitabların zirzəmidən kitabxanaya keçirilməsi prosesi davam edir və bu uzunmüddətli prosesdir, prosesə  isə Gürcüstanın Milli Kitabxanası da qoşulub.

kekelidze

2017-ci il 2 iyun tarixində “Marneuli Mədəniyyət evinin” facebook-bəyənatına  Radio “Marneulinin” jurnalisti rəy bildirdi və hər iki tərəfi radionun canlı yayımında müzakirəyə dəvət etdi. Ancaq Marneuli Mədəniyyət Mərkəzinin direktotu bundan  imtina etdi.

nataliko

Mövzunun əhali üçün maraqlı olduğuna görə Radio “Marneulinin” təklifi yenə qüvvədədir. “Mədəniyyət Evinin” məqsədlərinin reklam olunduğu  bəyənat “sponsored” radionun maraqlarına müvafiq olmalıdır ki, Mədəniyyət Mərkəzinin fəaliyyətini kimin və niyə tənqid etdiyi məlum olsun.

Capture

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register