Marneulidə Tenqiz Naveriyani adına cüdo üzrə müsabiqə keçirilir

cudo

Bu gün, 3 iyun tarixində Marneuli Sport-Kompleks“Ata-Holding Gürcüstan”-da Tengiz Naveriyani adina klub çempionatı 2001-2003-cü illərdə anadan olmuş oğlanlar arasında keçirilir. Müsabiqə Gürcüstanın Milli  Cüdo Federasiyası, İdman və Gənclər Nazirliyi və Marneuli Munisipaliteti dəstəyi ilə həyata keçirilir. Müsabiqədə Gürcüstan miqyasında 20 qrup mübarizə aparır, onların arasında Marneuli Munisipalitetinin İdman Məktəbinin nümayyəndəsi olan cüdoistlərdə var.

Çempionatda 55kq, 60kq, 66kq, 73kq və 73kq+ kilo kateqoriyasından oğlanlar iştirak edirlər. Müsabiqənin mükafatı 20 000 laridir və qrup üzvlərinin qazandığı yerlərə müvafiq olaraq bölünəcək.

Görüşdə yerli özünüidarəetmə heyyəti, Gürcüstan parlamentinin Marneuli üzrə majoritar deputatları, Gürcüstanın Cüdo Federasiyasından nümayyəndələr, dəvətli qonaqlar və azarkeşlər iştirak edirlər.

Qeyd edək ki, çempionat ənənəvi olaraq bu il artıq 7-ci dəfədir ki, keçirilir. Müsabiqənin məqsədi cüdo idman növünün tanıdılması və inkişaf etdirilməsidir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register