Gürcüstan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – SİYAHI

pasport
   “Henley & Partners” şirkətinin “İllik viza məhdudiyyəti indeks”ində (Visa Restrictions Index) Gürcüstan 68-ci yerdə qərarlaşıb.

Radio Marneuli xəbər verir ki, ümumiyyətlə, Gürcüstan vətəndaşları 69 dövlətə vizasız səfər edə bilərlər.
Ölkəmiz bu siyahıda qonşu Azərbaycan 74-cü, Ermənistan (78-ci yer) və İrandan (95-ci yer) irəlidədir. Rusiya 51-ci və Türkiyə 52-ci yerdədir.
Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç qərarlaşıb (175 ölkə), 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka (174).
Reytinqdə son yerləri (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.
Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkənin və ərazinin viza qaydalarını təhlil edir və vizasız səfər ölkələrinin sayına görə ayırır.
Ölkənin mövqeyi, onun vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyənləşdirilir.
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register