Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstan vətəndaşlığını qəbul etməkdən imtina edir

efqan muxtarli

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstan vətəndaşlığı qəbul etməkdən imtina edir.

Leyla Mustafayeva Baş Nazir Giorgi Kvirikaşvilinin istisna olaraq Muxtarlının həyat yoldaşı və övladlarına Gürcüstan vətəndaşlığı verilsin  təşəbbüsündən imtina edir və Gürcüstan vətəndaşlığını qəbul edərək  Azərbaycan vətəndaşlığından imtina etmək isdəmir.

 “Mən Gürcüstan vətəndaşlığını qəbul etməkdən imtina edirəm. Bunu qəbul etsəm Azərbaycan vətəndaşlığından imtina etmiş oluram və bunu isdəmirəm. Əvvələr bir çox dəfə Gürcüstan vətəndaşlığı almaq üçün lazımlı qurumlara baş vurmuşam , ancaq mənə Gürcüstan tərəfi siz təhlükəli işlərlə məşğülsünüz və sizin işiniz Gürcüstan dövlətinin maraqlarına daxil deyil dedilər. Bəs indi nə oldu  mənim həyat yoldaşımın həbsdə olması təhlükəli deyilmi? Şou yaratmaq lazım deyil, məncə hüqüqmühafizə orqanlarının məsələ ilə bağlı düzgün araşdırma aparması daha yaxşıdır .”-deyə Leyla Mustafayeva bildirir.

Bu müsahibəni Mustafayeva polislikdəki sorğusu bitdikdən sora verib. O, araşdırmaçılara ərinin danışdığı qədəri ilə, onun  Tbilisidən aparıldığını və Azərbaycan  tərəfinə necə keçirildiyini danışdığını deyir. Muxtarlının həyat yoldaşı onu qaçıranların 4 nəfər,  içlərindən 3-nün isə kriminal polisi formasında olduğunu bildirir.

Baş Nazir Giorgi Kvirikaşvilinin təşəbbüsü ilə  Muxtarlının ailə üzvlərinə Gürcüstan vətəndaşlığı təqdim olunması haqqında  Prezident admnistrasiyasından Giorgi Marqvelaşvilinin buna hazır olduğu bildirildi.

Mənbə:1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register