Böyük Britaniyaya viza alanların nəzərinə

Bu ilin iyun ayından etibarən Böyük Britaniyaya viza verilərkən əlavə ödənişlər tələb olunacaq. KİV verdiyi xəbərə görə bu barədə həmin ölkənin Moskvadakı konsulluğundan bildirilib.
Bundan sonra İngiltərəyə səyahət edənlərə elektron xidmətlər pullu olacaq. Bu məbləğin isə 5.48 funt-sterlinq olduğu bildirilir. Məlumat üçün bildirək ki, telefonla konsultasiyanın hər dəqiqəsinə görə ödəniş 1.37 funtdur.
Xidmətə görə ödənişin tələb olunmasına səbəb isə Britaniyanın immiqrasiya və viza xidmətinin kommersiya partnyorluğu etdiyi tərəfdaşını dəyişib.
Amil Məmmədov2286 Posts
0 Comments