5-8 iyun tarixlərində havanın temperaturu 30 dərəcədən artıq olacaq
5-8 iyun tarixlərində Gürcüstanda havanın temperaturu 30 dərəcədən artıq olacaq. Milli Ətraf Mühit agentliyinin qısa müddətli proqnozlar bürosunun rəhbəri Dodo Gvazavanın elanına görə 7 iyun tarixidədək Qərbi Gürcüstanın bir çox rayonlarında gecə qısamüddətli göy gurultusu və leysan gözlənilir, şərqi Gürcüstanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti olacaq.
5-6 iyun tarixlərində qərbi Gürcüstanda havanın maksial temperaturu 30-31 dərəcə olacaq.
6-8 uyun tarixlərində isə şərqi Gürcüstanda havanın maksimal temperaturu 30-32 dərəcəyə çatacaq.
7 iyun tarixindən sonra qeyri-sabit hava şəraiti olacaq və havanın temperaturu düşəcək.
mənbə: ipn.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments