Marneuli bələdiyyəsində 4 məktəb attestat imtahanlarında 100 faizlik nəticə göstərdi

   2016-2017-ci ilin tədris ilində 12-ci siniflərin attestat imtahanlarında 11 000-ə qədər şagird keçid həddini aşa bilməyiblər. Bu haqda Elm və Təhsil Naziri Aleksandr Cecelava bəyan edib.

“Təxminən 11 000-ə qədər şagird bu il attestat imtahanında minimal həddi keçə bilmədi və şagirdlərin sayı 40-50 min arasında idi. Bu nəticə keçən ilki ilə eynidi. Uşaqlar üçün texniki fənlər yenə də çətin idi”- deyə Nazir qeyd edib.

“Milli azlıqların yaşadıqları regionda buraxılış imtahanlarının nəticələri aşağı olmuşdu” – bu barədə bəyanatı isə Milli İmtahanlar Mərkəzinin rəhbəri Maia Miminoşvili verdi.

Marneuli bələdiyyəsi isə milli azlıqların yaşadığı bölgələrdən biridir. Bələdiyyə ərazisində məktəb şagirdləri hansı nəticəni əldə ediblər. Bu məsələ ilə bağlı Marneuli təhsil resurs mərkəzinin rəhbəri Kənan Ömərov bizim sualmızı cavablandırdı.

Onu da əlavə etdi ki, Marneulidə ərazisində yüksək nəticə göstərən məktəblər qeydə alınıb.

Qeyd edək ki, bu siyahıda ötən il və bu il imtahandan keçə bilməyən şagirdlər nəzərdə tutulur. Nəticələr ötən ilin göstəriciləri ilə eynidir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register