Ətraf mühitin müdafiyyəsi günü Marneulidə qeyd edildi

menzere

   5 iyun tarixində beynəlxalq ətraf mühitin müdafiyyəsi günü qeyd edilir. Bu günü BMT-nin milli asambleyası 1972-ci ildə qəbul edib. Ətraf mühitin müdafiyyəsi gününün qeyd edilməsi insanların ətraf mühitə qarşı məsuliyyətini, təmiz ətraf mühitin qorunub saxlanılmasını nəzərdə tutur. Bu günlə bağlı Marneuli Gənclər Mərkəzi Marneulidə “Ətraf mühiti qoruyaq” adlı aksiya keçirdi. Aksiya təşkilatçılardından Arzu Bayramova aksiya haqqında məlumat verdi.

“Bugun önəmli gündür çünki, beynəlxalq ətraf mühitin müdafiyyə günüdür. Bizim bununla bağlı təqdimatımız baş tutacaq. Təqdimatdan sonra İcra Hakimiyyəti tərəfə gedəcəyik və orada  yazılı lövhələri ağaçlara asacağıq”.

Aksiya təşkilatçılarının qeyd etdiklərinə görə ətraf mühitin qorunması ilə bağlı bu tipli aksiyalar onların təşkilatı tərəfindən birinci dəfədi ki, keçirilmir. Oxşar tədbirlər daimi xarakter daşıyır. Aksiya iştirakçısı 11-ci sinif şagirdi Elnarə Bayramova ətraf mühitin qorunması günü onun üçün nəqədər əhəmiyyətli olduğunu danışdı.

“Mənim üçün önımli gündür və mənim devizim məni yaşıl gələcək üçün qorudur”.

Layihə Torerantlıq, vətəndaş maarifçiliyi və İnteqrasiayay dəstək praqramı çərçivəsində BMT-nin Gürcüstanda ki, Asosiyasiyası tərəfindən, ABŞ-ın İnkişaf Fondu USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilir.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register