Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Hindistan hökuməti 2019-cu ilədək bütün dövlət limanlarında 200 MVt gücündə olan külək və günəş batareyaları quraşdıracaq. Bu isə onları tam şəkildə bərpa olunan enerjiyə keçirmək imkanı verəcək. Layihənin xərcləri (təxminən 77,6 milyon dollar) limanların öz gəlirləri hesabına qarşılanacaq. Təkcə ötən maliyyə ili ərzində limanların mənfəəti 775 milyon dollar olub. Yaxın iki il ərzində Hindistanın Dəniz Nəqliyyatı Nazirliyi 12 dövlət limanında 150 MVt gücündə günəş və 50 MVt gücündə külək batareyaları quraşdıracaq. “GTM Research” şirkətinin proqnozuna görə, bu il Hindistan ölkədəki günəş batareyalarının gücünü 1GVt-a çatdıracaq. Bu isə günəş energetikası sahəsində Çin və ABŞ-dan sonra üçüncü olan Yaponiyanı Hindistanın qabaqlaması demək olacaq.

1

“Google” rəhbərliyi yeni əməliyyat sisteminin adını açıqlayıb. 8.0.0. versiyalı “Android” “O” hərfi ilə markalanacaq. Bu günlərdə şirkətin nümayəndələri bildiriblər ki, hər il “Google” yeni “Android” versiyasını istehsal edir. Ancaq onun sıra nömrəsi ilə bağlı hər şey aydın olsaydı, şirkət markalanma və adını açıqlamazdı. Ancaq anonsdan bir neçə gün sonra mütəxəssislər modifikasiyanın genişləndirilməsi barədə məlumatlar əldə ediblər. “Android Manifest” adlanan faylda “Android 8.0.0 O” versiyasına keçid müəyyən edilib. Əməliyyat sisteminin nə vaxt çıxacağı, həmçinin ilk cihazın zavoddan hansı ad altında çıxacağı barədə heç bir məlumat yoxdur. Həmçinin ənənəyə görə, əməliyyat sistemi şirniyyat adını almalıdır. Misal üçün, daha əvvəlki versiyalarda bu, “Nougat”, “Marshmallow” və “KitKat” adlandırılıb. Ancaq bir çoxları əmindir ki, o, “Oreo” adlandırılacaq. Ötən il olduğu kimi, bu dəfə də seçim istifadəçilərə buraxılacaq.

2

Çində dünyanın ən sürətli lifti istifadəyə verilib. Bu lift 530 metrlik göydələnin ən yuxarı mərtəbəsinə cəmi 25 saniyəyə qalxmağı bacarır. Olduqca sürətli lift Çinin cənubundakı Quançjou vilayətində “CTF Finance Center” maliyyə mərkəzində quraşdırılıb. Onu Yaponiya şirkəti sifarişlə layihələndirib. Bildirilir ki, möcüzəli lift sürətini 75,6 km/saata qədər artıra bilir. Əslində belə bir göstəricilərə sınaqlar zamanı qeydə alınıb. Ancaq daimi istifadə zamanı o, bir az yavaş – 72 km/saat sürətlə hərəkət edəcək. Aşağı düşərkən isə liftin sürəti 36 km/saata qədər sürətini azaldacaq. Bununla da o, ən yuxarı mərtəbədən ən aşağı mərtəbəyə cəmi 1 dəqiqəyə gəlib çıxacaq.

3

Çinin CRRC dəmiryolu şirkətinin tədqiqat institutu Xunan əyalətində ilk relssiz elektrik qatarını xəttə buraxıb. Avtonom relsli sürət qatarı (ART) avtobusla qatar arasında nəyisə xatırladır. Ancaq avtobusdan fərqli olaraq, bu nəqliyyat vasitəsi xüsusi ötürücü ilə təchiz olunub ki, bu da yolun xüsusiyyətləri haqda məlumat verir və marşrutu korrektə edir. Tərtibatçılar bu sistemi virtual relslərlə müqayisə edirlər. Uzunluğu 30 metr olan qatar 3 vaqondan ibarətdir və 300 sərnişin daşıya bilir. Bir dəfə doldurulma ilə elektrik qatarı 70 km/saat sürətlə 40 km məsafə qət edə bilər. ART sistemi üçün ilk xətt 2018-ci ildə Xunan əyalətinin Çjuçjou şəhərində istifadəyə veriləcək. Mütəxəssislər avtobuslardan daha rahat olan bu nəqliyyat vasitələrinin tramvay və metrodan ucuz başa gəldiyini bildirirlər.

4

Avstraliyalı alimlər insan orqanının şəkilləri ilə ömrün uzunluğunu hesablayıb müəyyən etməyi kompüterə öyrədiblər. Mütəxəssislər iddia edirlər ki, kompüterin proqnozunun dəqiqliyi 70 faizə çatır. İnformasiya texnologiyaları elə bir səviyyəyə çatıb ki, maşınlar insan orqanının şəkilləri ilə analiz edə bilir və onun nə qədər yaşayacağını müəyyən edib xəbər verir. Bundan başqa, tərtib edilən cihaz tutula biləcək mümkün xəstəlikləri və onların inkişafını da öncədən deyə biləcək. Proqramın tərtibatçılarından biri olan professor Lyuk Okden-Reyner əsas diqqəti ona yetirib ki, ilkin mərhələlərdə cihaz müəyyən səhv təxminlər üzə çıxara bilər. Ancaq sonradan bütün çatışmazlıqlar aradan qaldırılacaq.

5

İnternetdə istifadəçilərin şəxsi məlumatlarını oğurlayan yeni kompüter virusu yayılıb. Məxfi informasiyanı əldə etmək üçün insanlara pulsuz aviabiletlərin oynanılmasında iştirak təklif edilir. Bir neçə ölkədə, o cümlədən Azərbaycanda da, bir neçə gündür ki, sosial şəbəkə istifadəçilərinə pulsuz aviabiletlər əldə etmək üçün qeydiyyat linki təklif olunur. Virus daha çox Fransada və Rusiyada qeydə alınıb. Fransada “Air France” şirkətindən biletlər sifariş edən istifadəçilərə, Rusiyada isə “Emirates” və “Aeroflot”dan bilet alan istifadəçilərə oxşar təkliflər edilir. İnsanlar biletləri pulsuz almaq arzusu ilə saxta ünvana daxil olduqda onlardan bəzi məxfi informasiyalar tələb olunur. Beləliklə, istifadəçinin kompüterinə daxil olaraq onun şəxsi informasiyaları əldə edilir, həmçinin sosial şəbəkələrdə istifadəçinin əlaqələri, bank hesabları haqqında məlumatlar əldə olunur.

6

Ventilyatorsuz “Zotac PI225” mini-fərdi kompüteri təqdim edilib/ Miniatür fərdi kompüterlərin buraxılışı üzrə ixtisaslaşmış “Zotac” şirkəti yeni “Zotac PI225” kompüterini təqdim edib. “Zotac PI225” kompüterinin fiziki ölçüləri 95x60x8 mm təşkil edir. Müqayisə üçün qeyd edək ki, yeni kompüterin ölçüsü 2.5 düymlük sərt diskdən kiçikdir. Sözügedən qurğu 1.1-dən 2.4 QHs-dək takt tezliyində işləyən 32 bitlik 2 nüvəli “Intel Celeron N3350” prosessoru, həmçinin passiv soyuma sistemi ilə təchiz edilib ki, bu da cihazın tamamilə səssiz işləməsi ilə nəticələnib. 64 bitlik “Windows 10” əməliyyat sisteminin idarəsi altında işləyən “Zotac PI225” mini-fərdi kompüteri “4K” formatında olan videonun aparat emalını təmin edir, 4 QB-lıq əməli yaddaş, 32 QB-lıq “eMMC” diski, “Wi-Fi 802.11ac”, “Bluetooth 4.2” modulları, “SD” kartlar üçün slot, “Micro-USB” və 2 ədəd “USB 3.0 Type-C” portları ilə təchiz edilib.

7

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register