Jurnalistlər həmkarları Əfqan Muxtarlıya dəstək olmaq üçün Parlamentdə aksiya keçirdilər

Jurnalistlər həmkarları Əfqan Muxtarlıya dəstək olmaq üçün Parlamentdə aksiya keçirdilər. Onlar İnsan Haqlarının Müdafiəsi Komitəsində gözlənilmədən başlarına kisələr keçiriblər.
Məlum olduğu kimi, Əfqan Muxtarlı bildirib ki, o, Tbilisdən qaçırdıldıqdan sonra Tbilisdən Bakıya qədər məhz başına kisə keçirilmiş vəziyyətdə gedib.
ჟურნალისტების პროტესტი პარლამენტი აფგან მუხთარლის მხარდასაჭერად, 6 ივნისი 2017 © გუკი გიუნაშვილი/ნეტგაზეთი
“Bizim üçün sizin mesajınız aydındır və biz də İnsan Haqlarınıın Müdafiəsi Komitəsi olaraq bu məsələnin mümkün qədər tez araşdırılmasında qərarlıyıq” – komitə rəhbəri Sofio Kiladze jurnalistlərin etirazına belə cavab verib.
Bundan sonra “Avropalı Gürcüstan” partiyasının üzvü Serqo Ratiani komitədə Əfqan Muxtarlının işinin müzakirəsi məsələsini irəli sürdü.
Onun dediyinə görə, komitə öz təşəbbüsü ilə güc strukturlarının nümayəndələrinə “Jurnalistin oğurlanması” işini tapşırmalıdır.
Parlament çoxluğunun üzvü Dimitri Tskitaşvili jurnalistlərin hərəkətini qanuni adlandırdı, lakin onun dediyinə görə, siyasətçilər vaxtından əvvəl nəticə çıxarmağa tələsməməlidirlər.
Yekunda Muxtarlının məsələsini komitənin gündəliyinə salmadılar.
İnsan Hüquqlarının Müdafiəsi Komitəsində bu gün Qardabani majoritar deputatı Savalan Mirzəyev də iştirak edirdi.
məmbə: http://netgazeti.ge
marneulifm1106 Posts
You may also like
0 Comments