Qars simpoziumunda Gürcüstan heyəti də iştirak etdi

21-23 oktyabr tarixlərində Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində Azərbaycanşünaslıq, keçmişi, bu günü və gələcəyi mövzusunda beynəlxalq simpozium keçirildi.
Qeyd olunan simpozium Qars şəhərində bu il ilk dəfə qeyd olunub və Gürcüstandan üç nəfərdən ibarət heyət də orada iştirak edib. Tədbir həmçinin Qafqaz Universitetində fəaliyyət göstərən azərbaycan dili və ədəbiyyatı bölməsinin 10 illik yubileyinə həsr olunmuşdur. Radio Marneuli simpoziumda iştirak edən heyət üzvlərindən biri Nizami Məmmədzadə ilə müsahibə apardı.
0 Comments