“Günün Yarısı” informasiya buraxilışı MarneuliFMlə

günün-yarisi

Bu gün İmir kəndində arxioloji tapıntıların təqdimatı keçirildi mərasimdı Marneuli Rayonunun Bələdiyyə sədiri Nəbi Abdullayev İcra Başcısı Merab Topcuşvili və digər rəsmi şəxslər iştirak ettilər
Həmçinin laihənin direktoru Mindia Calabadze də marneuli radiosuna danışdı.Gürcüstanda bugün axşamdan etibarən havalar pisləşəcək.
9 iyun tarixinə kimi yağışlı hava şəraiti gözlənilir.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə bugün axşam saatlarından sonar Gürcüstanda yağışlı hava şəraiti olacaq. Xüsusi ilə Ölkəni , ölkənin şərqində, bəzi yerlərdə güclü dolu mümkündür. Bəzi yerlərdə şimşək çaxacaq.
Acariyanın patrul polisinin rəhbəri Kaxa Buxradze Kvemo-Kartli polisinin rəhbəri təyin edildi. Bu haqqda məlumatı Gürcüstanın daxili işlər nazirliyi yaydı. DİN-nin məlumatına görə qeyd edilən dəyişiklik partul polisinin rotasiyası çərçivəndə baş tutub.
Gürcüstan miqyasında patrul posili xidmətində rotasiyalar və kadr dəyişikliyi davam edir. Qeyd edilən proses çərçivəsində Acariyanın patrul polisinin rəhbəri Kaxa Buxradze Kvemo-Kartli polisinin rəhbəri olaraq təyin edildi”-DİN elan edir.
Acariya patrul xidmətinin rəhbəri vəzifəsinə kimin təyin ediləcəyi gün ərzində məlum olacaq.
Mövcud olaan məluata görə Acariya patrul posili xidmətinin rəhbərliyinə Rustavi polis xidmətinin rəhbəri Levan Maisuradze təyin ediləcək.
Bakının apelyasiya məhkəməsi Azərbaycanlı jurnalist Əfqan Muxtarlıyı 3 aylıq ön həbsdə saxladı.Bakının apelyasiya məhkəməsi Azərbaycanlı jurnalist Əfqan Muxtarlıyı 3 aylıq ön həbsdə saxladı.
Jurnalistin həyat yoldaşı Leyla Mustafayevanın dediyinə görə Bakının apelyasiya məhkəməsi birinci təşəbbüs məhkəməsinin qərarını bu gün mühakimə etdi.“Apelyasiya məhkəməsi həyat yoldaşımı 3 aylıq ön həbsdə saxlamaq qərarını qəbul etdi.”-deyə bildirir Mustafayeva. “Yerli özünüidarəetmə seçki günün müəyyənləşdirilməsi haqqında konsultasiyalar başlayıb”-Prezident admnistrasiyasıBu haqda İPN məlumat yayır. Prezindentin pres spikeri Eka Mişveladzenin məlumatına görə yerli özünüidarəetmə seçkilərinin günü haqqında konsultasiyalar başlanılıb. Jurnalistlərin seçkilərlə bağlı konsultasiyaların başlanıb başlanılmaması haqqında olan sualına Mişveladze belə cavab verdi. O eləcədə seçki gününün məlum olduğu təqdirdə mediyayada elan ediləcəyini qeyd etdi.
İctimai nəqliyyatda plastik kartlardan əlavə müxtəlif plasik bank kartları isdifadə etmək mümkün olacaq.“Biz tezliklə ictimayi nəqliatda sadəcə metro kartları ilə deyil müxtəlif bank kartları ilə universal şəkildə ödəmə sistemi üçün müsabiqə elan edəcəyik”-bu haqda Tbilisi şəhər Meri Davit Narmaniya jurnalistlərə məlumat verib.O eləcədə qeyd edir ki, müxtəlif bank kartları ilə ödəniş sistemindən yerli əhali ilə yanaşı turistlərdən istifadə edə biləcəklər.
Marneuli şəhərinin Rustaveli küçəsi boyunca kiçik və böyük parklar fəaliyyət göstərir. Amma bu parkların ərazisində uşaqların əyləncəsi üçün heç birində şərait yoxdu. Sadəcə Nəriman Nərimanov adına parkda bir-iki atraksionu çıxmaq şərti ilə. O atraksionlar isə sadəcə 1 iyun uşaqların müdafiəsi günündə fəaliyyət göstərir. Marneulidə aparılan yenidən qurma işlərində şəhərdə bir çox boş ərazilərdə və parkların ərazisində ticarət, kazino, bank və s. obyektlər tikilir.
Şəhər sakinlərin və uşaqların əyləncəsinə mane yaradır. Biz radio olaraq Marneuli bələdiyyəsinə müraciət etdik və bizim sullarmızı bələdiyyə sədiri Nəbi Abdullayev cavablandırdı. O bildirdi ki, şəhərdə parklar var. Amma uşaqların əyləncəsi üçün şərait azdı. Biz də bunun üçün maksimum dərəcədə işlər həyata keçiririk. Yaxın gələcəkdə bu problemin aradan qaldırlılması üçün əlmizdən gələni edəcəyik.Marneuli sakinləri gənclərin və uşaqların əyləncəsi üçün park ərazilərində atraksionların tikilməsi üçün bir müddət gözləmək məcburiyyətindədilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register