İran parlamenti və İmam Xomeyninin məqbərəsinə hücum olub

İran islam Şurası Məclisi və İmam Xomeyninin (rə) pak məqbərəsinə qarşı terror aktlarında iki nəfər şəhid olub.

Silahlı terrorçular bu gün səhər müraciət edən şəxs adı altında İranın parlament binasına daxil olub və mühafizəçilərlə mübahisə ediblər. Ardınca isə onlara doğru atəş açıblar. Nəticədə parlamentin bir mühafizəçisi şəhid olub, bir neçə nəfər də yaralanıb.

Kalaşnikov avtomatı və tapança ilə silahlanan terrorçulardan biri həbs olunub. Digər silahlıların həbs olunması üçün səylər davam edir. İslam Şurası Məclisinin giriş qapıları bağlanıb.

Bu gün səhər 4 silahlı terrorçu Tehranın cənubunda İmam Xomeyninin (rə) pak məqbərəsinin həyətinə girərək atəş açmağa başlayıblar. Nəticədə bir nəfər şəhid olub, dörd nəfər də yaralanıb.

Qarşıdurma nəticəsində terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Yaraqlılardan biri hüquq-mühafizə qüvvələri tərəfindən öldürülb və yaralanan digər yaraqlı qadın həbs olunub.

Sonuncu yaraqlının İmam Xomeyninin (rə) məqbərəsindən çıxması ilə məqbərənin ətrafında təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranıb.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli Tehranda fövqəladə təhlükəsizlik iclasının keçirilməsinə qərar verib.

Məlumatlar yenilənməkdədir.

Mənbə:azeri.sahartv.ir

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register