Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” texnikalarının pərəstişkarları yaxşı bilir: bütün rəsmi foto və videolarda “alma”lı qadcetlər eyni vaxtı – 9:41-i göstərir. Bu sirri “Business Insider” nəşri çözüb. Məsələ ondadır ki, əfsanəvi Stiv Cobs 10 il əvvəl ilk “iPhone”u təqdim edəndə saatlar 9:42-ni göstərirdi. Ona görə də “Apple” şirkətinin kamera qarşısına çıxarılan bütün “iPhone”larında bu vaxt göstərilməyə başladı. Dörd il sonra Stiv Cobs dünyaya ilk “iPad”i 1 dəqiqə erkən vaxtla – 9:41-lə təqdim etdi. O vaxtdan bütün “iPad”lərin görüntülərində məhz bu vaxt göstərilir. İstisna isə yalnız “Apple Watch” saatlarıdır. Onlarda vaxt köhnə marketinq ənənələrinə uyğun olaraq 10:10 deyil, 10:09 göstərilib. Ehtimala görə, bu, 10:09-un vizual baxımdan gülüşə bənzəməsinə və istifadəçidə etimad doğurmasına görə seçilib.

1

İnternetdə “Google” şirkətinin Londonda inşa etməyə hazırlaşdığı yeni ofis binasının eskizləri və planı yayılıb. Hazırda “Google”un Londondakı müxtəlif ofislərində 4 minə yaxın əməkdaş çalışır. Yeni mənzil-qərargahda isə 7 min nəfər çalışa biləcək. Bina 11 mərtəbədən ibarət olacaq. Sahəsi azı 80 min kv. metr təşkil edəcək. Binanın damında 300 metr uzunluğunda park olacaq. Bundan başqa, ofisdə futbol meydançasının olduğu idman zalı, 25 metrlik hovuz, qaçış zolaqları, oyun zonaları da yaradılacaq. Tikintinin başlanması 2018-ci ilə nəzərdə tutulub. İşlərin nə vaxt yekunlaşacağı məlum deyil. Xatırladaq ki, “Apple” korporasiyası hazırda Kaliforniyada nəhəng ofis inşa etdirir. İşlər artıq yekunlaşmaq üzrədir.

2

“iPhone”ların yeni “iOS 11” platformasındakı funksiyalarından biri avia-rejimin avtomobil variantı olacaq. Sürücü avtomobili işə saldıqda qurğunun displeyi bloklanacaq. Məqsəd maşın sürən sürücünün diqqətini yayındırmamaqdır. Bu zaman gələn bildirişlər də ertələnəcək. Həmin vaxt mesaj göndərən hər kəsə belə bir cavab veriləcək: “Abunəçi rul arxasındadır”. Sürücü ilə əlaqə saxlamağın yeganə yolu mesajda “urgent” (“təcili”) sözünün yazılması olacaq. Bu zaman displey mesajın işıqlanmasına imkan verəcək. Əgər “iPhone” sürücü ilə sərnişini səhv salıb avtomobildə hərəkətdə olan telefonu bloklayarsa, ekrandakı xüsusi düyməyə basmaqla funksiyanı deaktiv etmək və yanlışlığı aradan qaldırmaq olar. Hazırda “iOS 11” əməliyyat sistemi test mərhələsindədir və payızda əlçatan olacaq.

3

Yaponiyanın “Cartivator” qrupunun alimləri “Toyota” avtomobilləri üçün nəzərdə tutulan “SkyDrive” texnologiyasının sınağını keçiriblər. “Cartivator” 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları ərəfəsində “Sky Drive”ın kommersiya məqsədli istifadəsinə başlamağı planlaşdırır. “Cartivator” layihə üzərində 2012-ci ildən çalışır. Əvvəlcə alimlər bu işi könüllülük əsasında aparırdı, lakin bir qədər sonra “Toyota” layihəyə 380 min dollardan sox vəsait ayırıb. Layihənin ideyası budur ki, elektriklə çalışan, qatlanan böyük kvadratkopter yaradılsın və bu qurğu həm ümumi istifadə üçün nəzərdə tutulan yollarda hərəkət etsin, həm də uça bilsin. Qurğunun yerdə maksimal sürəti 150 km, uçuş zamanı isə 100 km təşkil edəcək. Yayılan videodan görünür ki, 8 rotorlu prototip 1,5 metr havaya qalxır, lakin tarazlığı itirərək sərt eniş edir. Layihə üzrə işlər davam etdiriləcək.

Populyar “WhatsApp” messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub. Artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər. Bildirilir ki, artıq şəkil, video çarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında “açıq”, “ağ-qara”, “soyuq”, “xrom” və “plyonka” filtrləri mövcuddur. “iPhone” sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq. Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

4

İnternetdə “Samsung Galaxy S 8” olduğu bildirilən yeni smartfonun təsvirləri yayılıb. Fotolar istehsala hazırlanan yeni cihazlarla bağlı gizli məlumatları yaymaqla tanınan “Twitter”dəki “@PoyocoTech” səhifəsində yerləşdirilib. Fotolardan görünür ki, cihaz bir çox müasir modeldə olduğu kimi, ikili kamera ilə təchiz ediləcək. “Samsung Galaxy Note 8”in təqdimatı bu ilin sentyabrına planlaşdırılır. Xatırladaq ki, bundan əvvəlki “Galaxy Note 7” modeli “Samsung” üçün böyük fəlakətlə nəticələnmişdi.

5

“Renault” şirkəti Rusiyada 10 mindən çox avtomobili geri çağırıb. Qərar əyləc şlanqında qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma son bir il ərzində Rusiyada satılmış “Kaptur” modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

6

“WhatsApp” istifadəçilərinə 3 yeni xüsusiyyət əlavə edildi. Yeniliklərdən biri vəən funksional cavabın qısa yolla verilə bilinməsidir. “WhatsApp” istifadəçiləricavab vermək istədiyi mesajı sağa doğru sürüşdürərək sürətli bir şəkildə cavab verə biləcək. Beləcə hər dəfə mesajın üstünə tutaraq ‘cavablandır’ düyməsinə basmağa ehtiyac qalmayacaq. Bundan başqqa, “WhatsApp’daqarşı tərəfə göndərmək istədiyimiz mesajlara rəngli filtrlər əlavə edə biləcəyik. Beləcə fotoşəkil, video göndərərkən, ekranı yuxarı sürüşdürərək rəngləri seçmək mümkün olacaq. 6 fərqli filtr içindən ən bəyəndiyinizi seçə bilərik. Digər bir yenilik isə yenə də yuxarıdakı ekran görünüşündə göründüyü fotoşəkillərin qruplaşdırıldırılmasıdır. “WhatsApp’ın bu yeniliyi dəbəyəniləcək. Çünki zaman-zaman ard-arda gələn fotoşəkillər can sıxıcı ola bilər və bəzilərin gözdən qaçması mümkündür. Bu yenilikistifadəçilərədaha nizamlı görünüş təqdim edilmiş olacaq.

7

 

Müəllif: AMil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register