Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 8.6.2017-cı il.

İslam dininin banisi, müsəlmanlar üçün Allahın elçisi (Rəsulullah), peyğəmbərlərin möhürü (Xətəmul ənbiya), sonuncu peyğəmbər Məhəmməd peyğəmbər anadan olduğu il adətən eramızın 570-ci ili sayılır. Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat azdır. Dəqiq məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Məhəmməd altı yaşında olarkən ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Məhəmmədə babası baxmışdır. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir. On iki yaşında ikən Məhəmməd Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Məhəmmədə silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Məhəmmədin bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir. Vidalaşma həccindən üç ay sonra, 632-ci ilin iyun ayında Məhəmməd vəfat etdi. Mədinə şəhərində, evində vəfat etdiyi həyat yoldaşlarından Aişə binti Əbu Bəkirin evində dəfn olundu.

Sünni müsəlman icmasının ruhani və dünyəvi başçısı kimi birinci xəlifə olmuş Əbu Bəkr 632-ci ilin 8 iyununda Fil hadisəsindən 3 il sonra Bəni-Teym qəbiləsində Osman bin Əmirin evində dünyaya gəlmişdir. Sünni müsəlmanların iddialarına görə Əbu Bəkr Məhəmməd Peyğəmbər (s) dən sonra xəlifədir. Lakin şiə müsəlmanlar Əbu Bəkrin xəlifəliyini qəbul etmirlər və onu və digər sünni müsəlmanların qanuni xəlifə saydıqları 2 nəfəri də Əli (ə) ın xəlifəliyini qəsb etmiş hesab edirlər.

1941-ci ilin 8 iyununda Fransa Suriya və Livana hücüm etmişdir.

8 iyun 1949-ci ildə Corc Oruellin 1984 adlı romanı nəşr olunmuşdur.

2004-cü ilin bu günü Venera Günəşin qarşısından 223 il sonra ilk dəfə keçdi.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register