Tarixdə bu gün
Tarixdə bu gün 9.6.2017-cı il.
68-ci ilin 9 iyununda Roma imperatoru Neron intihar etmişdir.
9 iyun 1617-ci ildə 6 böyük minarəli və 16 şərəfəli Sultan Əhməd Məscidinin inşaatı tamamlandı.
1682-1721-ci illərdə çar və 1721-1725-ci illərdə Rusiya İmperiyasının imperatoru olmuş I Pyotr 9 iyun 1672-ci ildə Moskvada Kremldə dünyaya göz açmışdır. Bu günə kimi o tarixdə ən görkəmli rus siyasətçisi və XVIII əsrdə Rusiyanın inkişafında əvəzedilməz işlər görmüş dövlət xadimi sayılır.
Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi. SSRİ xalq artisti Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
1999-cu ilin bu günü Yuqoslaviya və NATO, Kosovada Serb birliklərinin geri çəkilməsi razılaşmasını imzaladı. NATO, hava hücumlarını dayandırdı və 20 İyunda rəsmi olaraq sona çatdırdı.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments