Marneuli “Başqa Gürcüstan Harada Var” Müsabiqə-Festivalına Ev Sahibliyi Etdi

Marneuli artıq ikinci ildirki, ənənəvi şəkildə “Başqa Gürcüstan Harada Var” musiqili yarışmaya ev sahibliyi edir. Festivala Kvemo Kartli şəhərlərindən olan gənc ifaçılar qatıldılar.

Hazırkı mərhələdə, layihə çərçivəsində seçim turları davam edir. Burada gürcü estradasının tanınmış nümayəndələrindən ibarət müvafiq münsiflər heyəti final turu iştirakçılarını seçirlər.

Festivalın birinci turunun seçim tədbirində Kvemo Kartli Quberniyasının və Yerli Hakimiyyətin nümayəndələri, müsabiqə iştirakçıları və pərəstişkarlar iştirak edirdilər.

Müsabiqənin qala konserti iyunun 13 də keçiriləcək. Konsertdə müsabiqədə qalib olan iştirakçılara təşkilatçılar və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi adından müxtəlif mükafatlar təqdim olunacaq.

Müsabiqəni keçirməkdə məqsəd milli gürcü musiqisini dərindən mənimsəmək, gürcülər və ölkədə yaşayan digər millətlərin gənc nümayəndələri arasında milli musiqini təbliğ etməkdir.

Layihə ümum Kvemo Kartlini əhatə edir. Bu müsabiqə vasitəsi ilə gənclərə imkan yaradılır ki, öz bacarıqlarını göstərsinlər və geniş autitoriya qarşısına çıxsınlar.

Sözü gedən layihə “Demos” ittifaqı və Şota Rustaveli adına Teatrı və Kino Dövlət Universitetinin tədris mərkəzinin təşəbbüsü ilə hazırlandı. Layihə Marneuli Bələdiyyəsinin dəstəyi ilə Mədəniyyət Evində artıq ikinci ildir ki, uğurla həyata keçirilir

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register