Əfqan Muxtarlının vəkili prokurorluqdan ona zərəçəkmiş statusunun verilməsini tələb edir

efqan

Tbilisidə itkin düşmüş Azərbaycanlı jurnalistin, Əfqan Muxtarlının vəkili Muxtarlıya və onun həyat yoldaşına zərərçəkmiş statusu verilməsi üçün Tbilisi prokurorluğuna müraciət edib. Arçil Çopikaşvili bu qərarı qədim Tbilisinin rayon məhkəməsinə müraciətdən 48-saatlıq müddətin keçməsindən sonra verib:

“Əgər baş prokuror da bu tələbi doğrultmasa məhkəməyə müraciət edəcəyik. 48-saatlıq vaxt var ki, onları zərərçəkmiş olaraq tanısın. Müvafiq olaraq, bazar ertəsinə qədər gözləyəcəyik ki, Tbilisinin prokuoroluğu da işi müzakirə etsin. Əgər, deyək ki, bazar ertəsi günü bu qərar olmasa, gələn həftə məhkəməyə müraciət edəcəyik” – deyir Arçil Çopikaşvili.

Vəkilin sözlərinə görə zərərçəkmiş statusu Əfqan Muxtarlıya və Leyla Mustafayevaya işin materialları ilə tanış olmaq və tanış olduqdan sonra müxtəlif məsələlərlə bağlı təkliflər irəli sürmək imkanı verəcək.

“İlk növbədə bu oğurlanma ilə azadlıqdan qanunsuz, eləcə də saxta məhrum edilmə baş verib. Yəqin ki, məqsəd Leyla Mustafayevaya jurnalist fəaliyyətində mane olmaq və qorxutmaq imiş. Müvafiq olaraq, hər ikisi zərərçəkmiş olaraq tanınmalı idilər” – deyir vəkil.

Arçil Çopikaşvili prokurorluğa bəyənatla müraciət edib ki, Muxtarlının işini həmin müəssisə araşdırsın. Ancaq, vəkilin sözlərinə görə prokurorluqdan hələ ki, bu məsələ haqqında heç bir yenilik yoxdur.

Azərbaycanlı  aktivist və jurnalist, Əfqan Muxtarlını sonuncu dəfə 29 may tarixində, saat 19:00-da Tbilisidə, öz dostu görüb. O, həyat yoldaşına zəng vurub ki, evə tez qayıdacaq. Ondan sonra onu Tbilisidə heç kim görməyib. Əfqan Muxtarlı hal-hazırda azərbaycanda saxlanılıb. Vəkil bildirir ki, Muxtarlını Tbilisidə öncə gürcü dilində danışan adam saxlayıb, -“o güman edir ki, bu adamlar dövlət hüquq-mühafizə stukrturlarından olublar. Sonra azərbaycanlılara təhvil veriblər və onun gözlərini bağlyıblar, əllərinə qandal vurublar və döyüblər”.

Əfqan Muxtarlını üç maddə əsasında günahlandırırlar, bunlar “qaçaqçılıq”, “Sərhəddi qanunsuz keçmək” və “polislərə tabe olmamaq” maddələridir. Aəzrbaycan məhkəməsi ona üç aylıq öncədən  həbs olunma verib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register