Marneulidə yeni uşaq bağçalarının tikilməsi nəzədə tutulur

 Marneuli bələdiyyəsində uşaq bağçalarının sayı yetərsiz olduğundan bələdiyyə ərazisində bağçaya gedən uşaqları qəbul edə bilmir. İstər Marneuli şəhərində, istərsə də kəndlərdə bu problem mövcuddur. Son illər uşaq bağçalarında təmir və yenidən qurma işləri aparılır. Şəhərdə bağçalar  təmir olunaraq istifadəyə verilir. Bununla yanaşı  kəndlərdə mövcud olan binalar da təmir olunur. Həmçinin bələdiyyə ərazisində yeni uşaq bağçaları tikilir, amma bu bağçalar yetərli deyil. Yenə də problemlər qalmaqda davam edir.

Kvemo-Kartli quberniyasının usaq bağçaları ilə bağlı yeni planı var. Bu sözləri Marneuli bələdiyyəsinin məktəbəqədər təhsil mərkəzinin rəhbəri Zaur Kərəmov dedi.

Onu da əlavə etdi ki, yeni bağçalarının tikilməsi bələdiyyənin öhdəliyindədir. Bu işləri onlar həyata keçirməlidir.

Qeyri-hökumət təşkilatları tərəfindən də bağçalar tikilib istifadəyə verilə bilər, deyə Zaur Kərəmov qeyd etdi.

Yeni uşaq bağçalarının tikilib-tikilməməsi ilə bağlı Marneuli bələdiyyəsinə müraciət etdik. Bizim sualmızı Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev cavablandırdı. O, bildirdi ki, kəndlərdə yeni bağçaların tikilməsi planmızda var.

Bələdiyyə sədri bildirdi ki, şəhərdə və kəndlərdə dövlətə aid olan sovet dönəmindən qalan binalar mövcuddur. Əgər həmin binalar yararlıdırsa, o binalar təmir olunub istifadəyə verilə bilər.

Onu da əlavə edim ki, bələdiyyə ərazisində 12 usaq bağçası fəaliyyət göstərir. İki bağça isə tikilir və bu il istifadəyə verilməsi nəzərdə tutulur. Bir bağça isə bu ilin sentyabr ayından fəaliyyət göstərəcək. Bununla yanaşı bələdiyyə ərazisində məktəbəqədər hazırrlıq kursları da mövcuddur. Bu kursların sayı 7-dir. Bunlardan ikisi şəhərdə, qalanları isə kəndlərdədir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register