Patrul polisi əməkdaşları müvafiq kvalifikasiya imtahanları verəcəklər
Nəzəriyyə, eləcə də texniki tədris və hazırlıq kursunu bütün ölkə miqyasında Patrul idarəçiliyinin bütün əməkdaşları keçəcək və müvafiq kvalifikasiya imtahanları verəcək, – bu haqda DİN naziri Qiorqi Mğebrişvili Patrul Polisi Departamentinin əməkdaşları ilə iclas zamanı bildirib.
Nazirin qeyd etdiyinə görə, hazırlıq kursu polislərin kvalafikiasyasından başlayaraq, polis işinin keyfiyyətinin qaldırılmasına kimi nəzərdə tutulan məqsədlər daşıyır. Nazirin məlumatına görə, kurs DİN-in akademiyasında keçiriləcək və nəzəri və eləcə də taktiki tədris, praktiki hazırlığı da nəzərdə tutur.
Mənbə: interpressnews.ge
Video: PalitraNews
0 Comments