Gürcüstanın 2019-cu il Avropa Liqası finalına ev sahibliyi etməsi rədd edilib

Avropa Futbol İdarəçiliyi Orqanı, 2018/2019-cu illərin mövsümündə, Avropa Liqasının finalına ev sahibliyi etmək üçün mübarizə aparan stadionların və şəhərlərin sayını azaldıb.

UEFA-nın rəsmi veb-səhifəsində verilən məlumata görə, ev sahibliyi üçün, Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, Şotlandiya, Almaniya və İspaniya mübarizə aparırlarmış. Ancaq yalnız İspaniya, Türkiyə və Azərbaycan qalıb.

UEFA öz qərarı haqqında sentyabrda bəyənat verəcək. Avropa Liqasının finalından əlavə, sentyabrda çempionlar liqasının 2018/2019-cu illərdə mövsüm finalı və sup kubokun keçirilmə yeri də məlum olacaq.

Xatırladaq ki, 2015-ci ildə “Dinamo Arenası” Super kuboka ev sahibliyi etdi və iki ispan klubu – “Barselona” və “Sevilia” bir-biri ilə mübarizə apardılar. Tbilisidə baş tutan oyun, super kubokun tarixində, ən yaxşı olaraq adlandı.

Mənbə: ipress.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register