Gürcüstanın İctimai Televiziyası loqo düzəltmək üzrə müsabiqə elan edir

logo_img_ge

Gürcüstanın İctimai Televiziyası “Kitab rəfi” layihəsi çərçivəsində loqo düzəltmək üzrə müsabiqə elan edir.
Loqo müsabiqəsinin kriteriyaları:

Loqo müsabiqədə istəyi olan məktəb şagirdləri iştirak edə bilərlər. İştirakçı 6 noyabr tarixinə qədər (saat 18:00) düzəltdiyi loqonu qeyd olunan mail ünvana göndərməlidir: wignebistaro@gpb.ge
Məktubda eləcə də gürcü şrifti ilə mütləq ad, soyad, yaş və məktəbinizin adını yazmalısınız.
Loqo pozitiv, asan dərk olunan, layihənin mahiyyətinə uyğun, effektli və müasir olmalıdır. Onda başqa müəllif tərəfindən düzəldilmiş vizual elementlər olmamalıdır. Əks halda iştirakçı müsabiqədən uzaqlaşdırılacaq. Loqonun seçimlərini xüsusui olaraq təyin olunmuş juri həyata keçirəcək. Jurilər uç kriteriyaya əsasən loqonu qiymətləndirəcəklər: 1. Vizual tərəf; 2. Məzmun; 3. İnteraqcia, bəyənilmə (like);
Qalib gələn loqonun müəllifi “Biblus” kitab mağazalar şəbəkəsindən 200 lari dəyərində vauçerlə mükafatlandırılacaq.
Layihə haqqında: Gürcüstanın ictimai televiziyasında möhtəşəm teleoyun “Kitab rəfi” başlayır. Mövzu bədii ədəbiyyatdır və qalib gəlmək üçün əsas şərt mütaliləli olmaqdır. Oyunda 3 nəfərdən ibarət iki məktəb komandasının oyunçuları iştirak edəcəklər. Oyun 7 turdan ibarətdir. Onlardan biri azarkeşlərin turudur. Hər şey blitz-turla başa çatır. Oyunda eləcə də dəvət olunmuş qonaqlar, cəmiyyətdə tanınmış şəxslər də iştirak edir. Onlar bəzi hallarda oyunçulara kömək də göstərəcəklər.

Əlavə məlumat üçün zəng vurun: 568 911 900; 599 11 37 32
Sizə uğurlar arzulayırıq.
Qeyd: Ən çox bəyənmə (like) toplayan loqo avtomatik olaraq qalib hesab olunmur.
Qeyd: Loqonun müəllif hüquqları həmin dəqiqə İctimai Televiziyaya veriləcək və televiziya loqodan kommersial və ya qeyri-kommersial məqsədlər üçün istifadə edə bilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register