“Nə yaxşı hazırlanıb gəlibsiz, hansı agentlikdənsiniz?”- Giorgi Liluaşvili Radio Marneulinin jurnalistinə deyir

liluashvili giorgi

9 iyun tarixində Marneuli Munisipalitetində regional siyasət və özünüidarəetmə komitəsinin iclası baş tutdu. Görüşdə Konstitusiya dəyişiklikləri,  eləcə də kənd təsərrüfatı torpaqlarının əmlakı müzakirə olundu.

“Gürcüstanın seçki məcəlləsi” və avtomobil yolları ilə bağlı Gürcüstan qanunlarındakı dəyişikliklər haqqında müzakirələr aparıldı.

Regional siyasət və özünüidarəetmə komitəsinin sədri Giorgi Liluaşvili görüşdə iştirak edirdi. Bizim də onunla bir neçə dəqiqə söhbət etmə şansımız oldu.

Suallarımıza necə cavab verdiyini dinləyin:

  • Marneulidə Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi niyə baş tutmadı?
  • Niyə “Gürcü Arzusu” partiyası Gürcüstan əhalisnin 84%-nin fikrini nəzərə almır?
  • Venesiya komissiyasının rekomendasiyaları nəzərə alınacaqmı?

Siz görüş əsnasında bir neçə dəfə konstitusiya dəyişikliyi haqqqında əlavə  suallar verdiniz, maraqlanıram konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi niyə Marneulidə baş tutmadı?

   “Konstitusiya dəyişiklikləri Gürcüstanın bir çox şəhərlərində baş tutdu, müzakirənin baş tutduğu şəhərlər arasında Rustavi də var hansı ki, Kvemo-Kartli regionunun mərkəzidi.  Müzakirənin baş tutacağı yer olaraq əsasən region mərkəzləri seçildi. Qeyd etdiyim müzakirədə  Marneuli və eləcə də digər rayon nümayəndələri də var idi”.

   Marneulidə baş tutacağı bildirildi, ancaq sonra baş tutmadı məhz bunun səbəbi nədir ?

   “Mən bu haqda heçnə deyə bilmərəm, mən konstitusiya dəyişiklikəri şurasının üzvüyəm, sədri deyiləm nədə ki, təşkilatçılıq işləri ilə məşğul deyildim. Əgər bu vacibdirsə müvafiq orqanlara müraciət edə bilərsiniz ”.

Bəli bəli, NDİ –ın araşdırmasının nəticəsinə əsasən Prezidentin bir başa seçilməsini əhalinin 84% dəstəkləyir.

“Nə yaxşı hazırlanıb gəlibsiniz hansı agentlikdənsiniz”?

   Yerli radiodanam, adi bir jurnalistəm hazırlıqlı deyiləm. Araşdırmanın nəticəsinə əsasən 84 %  Prezidentin bir başa seçilməsinin tərəfindədir, siz niyə buna qarşısınız və gələn seçkilərdə Prezidenti seçmək hüququ vermirsiniz ?

   “Biz niyə razılaşırıq – bu sualın cavabı bir çox dəfə təsvir edilib. Ancaq burada məsələ birtərəfli deyil. Biz burada da öz aramızda danışdıq hal-hazırda konstitusiyanın təşəbbüs variantının  hüquq komitəsində növbəti müzakirə görüşü keçirilir. Beləliklə, niyə razılaşırıq bu belə asan şəkildə deyilməmməlidir”.

 Xeyr , xeyr yəni sorğulananlardan 84 % -in  fikrini nəzərər alırsınızmı? Əhalinin fikrini nəzərə alırsınızmı?

   “Mən deyəcəm indi sizə hər kim olursa olsun soruşsanız ki, sənin seçdiyinmi yaxşıdı yoxsa başqasının seçdiyimi, əlbətdə ki, cavab olaraq mənim seçimim yaxşıdır deyər. Ancaq o insanları nə vaxt ki, aydınlaşdırırsan bu başqasının seçimi nəyi nəzərdə tutur, bu seçim hansı funksilayarı nəzərdə tutur, o zaman fikirlərini dəyişirlər. Və düzgün mövqey fiksə edirlər. Ancaq mən yenə deməzdim ki, bu düzgün mövqey deyil, çünki bir çox ölkədə Prezident bir başa seçilir və bu sistem də uğurludur. Bununla birgə elə ölkələrdə var ki, Prezident bir başa seçilmir yəni iki variant olur. Burada söhhbət hansının düz hansının səhv olduğu deyil”.

   Deyəsən siz Almaniyanın siyasi mədəniyyəti haqqında danışırsınız, Gürcüstanın fərqli siyasi mədəniyyəti var.

   “Gürücstanın fərqli ölkələrlə müqayisədə fərqli siyasi mədəniyyəti var əlbəttə ki, Gürcüstan istisnadır və başqadır”.

Son sualım var Venesiya konvensiyası.

   “Venesiya konvensiyasının rekomendasiyalar məsləhətləri mütləq nəzərə alınacaq”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register