Regional Komitə Marneulinin qonağı oldu

sxdoma

9 iyun tarixində, Marneuli Munisipalitetində Regional Siyasisət və Özünüidarəetmə Komitəsinin iclası baş tutdu. Görüşdə Konstitusiya dəyişiklikləri və kənd təsərrüfatı torpaqlarının əmlakı müzakirə olundu. “Gürcüstanın seçki məcəlləsi” və avtomobil yolları ilə bağlı Gürcüstan qanunlarındakı dəyişikliklər haqqında müzakirələr aparıldı. Gürcüstan Parlamenti, Kvemo-Kartli Quberniyası və yerli özünüidarəetmə üzvləri iclasda Kvemo-Kartli fermerləri ilə görüşdülər.

Ancaq görüş fermerlər üçün yorucu oldu, çünki onlar görüşün başlamasını bir necə saat gözləməli oldular.

“Hanı bəs başlayıbmı artıq 4 saatdır ki, gözləyirik”- deyə fermer deyir.

Bir necə saatlıq gözlənti zamanı onlar bizə öz problemləri haqqında danışdılar və qubernatora müraciət etmək istədiklərini deyirlər.

Biz Dmanisi rayonundan gəlmişik. Bizi otaracağımızın olmaması narahat edir. Qubernatora fondlarla vasitəçilik etsin deyə müraciət edəcəyik. Kooperasiya fondlarına simvolik qiymətə torpaqlar  verilməlidir. Bizdə əsasən bu məsələlərlə bağlı problemlər var. Otlaqlar yoxdu, torpaqlar alınıb və dövlət balansındadır” – deyə fermer qeyd edir.

İclasda Marneuli Munisipalitetinin İcra Başçısı Merab Topçişvili munisipalitetdəki 4 illik fəaliyyətini nəticələndirdi və görüş  iştirakçılarına təqdim etdi. O Bizə veridyi müsahibədə,  Munisipalitetdə problemlər arasında su probleminin yenə də yer aldığını qeyd edir.

“Suvarma və içməli su problemi yenə də var. Biz munisipalitetdə yeniliklər edəndə vətəndaş büdcəsini başladanda aktivlik artıq dərəcədə oldu və araşdırmalar göstərdi ki, qeyd edilən mövzu 2-ci 3-cü yerlərdə oldu və  əsas problemlər olaraq işsizlik məsələləri, istehlak yerləri və infrastruktur problemləridir”- deyə İcra Başçısı söyləyir.

Iclasda regional siyasət və özünüidarəetmə komitəsinin sədri Giorgi Liluaşvilidə iştirak edirdi.

“Bugün komitənin ilk iclasını keçirdik,  gələcəkdə bunun ənənə halına çevirmək üçün çalışacağıq.   Bu gün komitənin 18 üzvü yerli və regionlar problemlərlə tanış oldular. İştirakçılar tərəfindən bir çox problem səsləndirildi bizim tərəfimizdən hərbiri qeyd edildi və əlbətdə ki, bu insanlara yardım göstərəcəyik”- deyə Komitə sədri bildirdi.

Giorgi Liluaşviliyə konstitusiya dəyişiklikləri haqqında soruşduq və ictimai müzakiirənin Marneulidə niyə baş tutmadığını sual verdik.

“Mən bu haqda heçnə deyə bilmərəm, mən konstitusiya dəyişikləri şurasının üzvüyəm, sədri deyiləm nədə ki, təşkilatçılıq işlıri ilə məşöul deyildim. sizə hər kim olur olsun soruşsanız ki, sənin seçdyinmi yaxşıdı yoxsa başqasının seçimimi, əlbətdə ki, cavab olar mənim seçimim yaxşıdır deyər. Ancaq o insanları nəzaxt ki, aydınlaşdırırsan bu başqasının seçimi nəyi nəzərdə tutur hansı funksilayarı nəzərdə tutr bu seçim o zaman fikirlərini dəyişirlər və düzgün mövqey fiksə edirlər”-Giorgi Liluaşvili qeyd edir.

Görüşdə Kvemo Kartli Qubernatoru Qriqol Nemsadze də iştirak edirdi.

“Bir çox suallar və məsələlər var idi. Biz dövlət strukturları və komitələri ilə birgə qeyd edilən məsələlərin və problemlərin həlli yolunu tapmaq üçün çalışacağıq”- deyə qubernator söyləyir.

Qriqol Nemsadzedən konstitusiya dəyişikliklərinin ictimai müzakirəsinin Marneulidə niyə baş tutmadığı haqqında soruşduq. Amma məlum oldu ki, o hələ də ictimai müzakirələrin artıq sona çatdığını bilmir.

“Bu haqda məlumat yoxdu yəqin ki,  müzakirə baş tutacaq”– Qriqol Nemsadze bildirir.

Regional siyasət və özünüidarənin iclası Marneulidə ovasiya ilə  davam edirdi. Alqışa isə ailə definisiyası və xarici vətəndaşlara torpaqların satılmaması layiq görüldü.

“Konstitusiyada ailənin qadın və kişi birləşməsi olduğu qəbul ediləcək.” (Bu məqamda isə alqışlanılır.)

Ancaq Venesiya nəticəsinə əsasən eyni cinsiyyətdən olan insanların partnyorluğunun hüquqən qəbul edilməsi məcburi Avropa standartıdı və dövlət mülki partnyorluq mexanizmi qəbul etməlidir. Regional siyasət və özünüidarə komitəsinin sədri isə ya Radio Marneuliyə, ya da ki, bugün  iclasda  olan əhaliyə yalan söyləyir.

“Venesiya konvensiyasının rekomendasiyaları mütləq nəzərə alınacaq”- deyə Giorgi Liluaşvili qeyd edir .

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register